Şriftin ölçüsü :

Saytın rəngi :

“2 Fevral Gənclər Günü”nə həsr olunmuş tədbir keçirilmişdir

02 fevral 2018 | 16:00

01 fevral 2018-ci il tarixdə Şuşa rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Yasamal rayonunda yerləşən Şuşa rayon 1 saylı tam orta məktəbdə “2 Fevral Gənclər Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının İdarə Heyətinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Şuşa Rayon İcra Hakimiyyətinin Başçısının müavini, ictimai-siyasi və humanitar məslələr şöbəsinin müdiri Vüsalə Fətəliyeva, rayonun idarə və müəssələrin rəhbərləri və rayonun gəncləri iştirak etmişdirlər. Çıxış sözü ilə tədbiri açıq elan edən Şuşa rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov, ölkədə gənclər sahəsində aparılan işlər barədə məlumat verərək, sözü Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərova vermişdir. Bayram Səfərov isə çıxış edərək gəncləri təbrik etmiş və ölkədə gənclərə olan diqqət və qayğı, görülən işlər və dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən gənclər siyasətindən danışmış və gənclərə öz tövsiyyələrini vermişdir.  Daha sonra rayonun mədəni-kütləvi tədbirlərinin təşkil olunmasında və rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən tədbirlərdə fəal iştirakına görə bir qrup gənc Rayon İcra hakimiyyəti və Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunmuşdurlar. Təltiflərdən sonra tədbir Şuşa rayon Mədəniyyət Mərkəzinin kollektivinin iştirakı ilə hazırlanmış konsert proqramı ilə davam etmişdir.

 

 

Keçidlər