Şriftin ölçüsü :

Saytın rəngi :

28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilmişdir

27 may 2024 | 17:23

May ayının 27-də Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə rəhbərləri iştirak edirdilər.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbir açıq elan edildi. Tədbiri giriş sözü ilə açan Bayram Səfərov bildirdi ki, artıq 106-cı ildir ki, 28 May tarixi Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu əlamətdar gün kimi xalqımız tərəfindən iftixar hissi ilə qeyd olunur. Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixin dövlət səviyyəsində qeyd olunmasında, müstəqilliyimizin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi yer tutduğunu vurğulayan başçı onun siyasi kursunun varisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla yerinə yetirildiyini qeyd etdi. İlham Əliyevin rəhbərliyi altında 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində Şanlı Ordumuz 44 gün ərzində düşmənin mövqelərini darmadağın edərək işğal altında olan torpaqlarımızı azad etdi. Çoxşaxəli fəaliyyəti ilə ölkə başçısı Tarixi Zəfərə imza atdı. Bu reallıq Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinin, Azərbaycan xalqının arzusunun gerçəkləşməsi idi. Bu reallığı yaradan dahi lider, görkəmli dövlət xadimi Ölkə başçısı cənab İlham Əliyev tarixdə öz adını və izini qoydu.

Daha sonra çıxış  edən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva bildirdi ki, XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.

Ümummilli Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Xalqımız Cümhuriyyətin yarandığı 28 May – Respublika Gününü bu il də milli bayram kimi qeyd edir.

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elxan Ələkbərov, Memarlıq və tikinti şöbəsinin aparıcı məsləhətçisi İmamət Əmiraslanova, Şuşa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Nigar Eyvazova hər biri çıxışlarında Azərbaycan Xalq Cümhuriyyətinin daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərdiyini, dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti kimi tanınmasına nail olduğunu xüsusi vurğuladılar.

 

 

Keçidlər