Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon Ağsaqqallar Şurasının 2012-ci ildə gördüyü işlər və qarşıda duran vəzifələr bərədə hesabat yığıncağı keçirilmişdir.

09 fevral 2013 | 16:00

Yığıncaqda “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” nın rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, rayon Ağsaqqallar Şurasının üzvləri, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə və müəssisə rəhbərləri iştirak etmişdir. Yığıncağı giriş sözü ilə Şuranın sədri Ramiz Yusifov açaraq son bir ildə görülən işlər barədə danışdı və gündəlikdə duran məsələləri yığıncaq iştirakçılarının nəzərinə çartdırdı. Sonra Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərov çıxış edərək Respublikamızda ağsaqqallar hərəkatının çox qədim və zəngin ənənələrinin olmasından , müsəlman dünyasında, xüsusilə türkdilli xalqlarda, o cümlədən Azərbaycanda ağsaqqalların həmişə öz yüksək nüfuzu, böyük təsir gücünə malik olan hikmətli sözü ilə ailəyə, gənclərə, bütün el-obaya müdriklik siması aşılamasından danışmışdır. Yığıncağın sonunda Hacıyev Məmməd İdris oğlu rayon Ağsaqqallar Şurasının sədri seçildi.

Keçidlər