Novruz bayramı
Şuşa rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə «Novruz bayramı»na həsr edilmiş rayon tədbiri keçirilmişdir
16 mart 2018-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal, 2, Ə.Əhmədov «15H» ünvanında yerləşən Şuşa şəhər 1 №li tam orta məktəbində Şuşa rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə «Novruz bayramı»na həsr edilmiş rayon tədbiri təşkil olunmuşdur.
Tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov, İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə rəhbərləri, Şuşa rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov Novruz bayramı münasibətilə rayon sakinlərini təbrik etmiş, bol ruzi-bərəkət və əmin-amanlıq arzulamış, bildirmişdir ki, Novruz bayramı birlik, qardaşlıq bayramı, xalq şənliyidir. Qədim dövrlərdən bəri xalqımız Novruzu bolluq, bərəkət və firavanlığın rəmzi hesab etmişlər. Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Prezident cənab İlham Əliyev tərəfindən aparılan məqsədyönlü dövlət siyasətindən danışmış, Azərbaycanın Birinci vitse - prezidenti Mehriban xanım Əliyevanın bu sahədəki xidmətlərini xüsusi qeyd etmişdir.
Tədbir Şuşa rayon Mədəniyyət Mərkəzinin kollektivlərinin konsert proqramı ilə davam etmişdir.