29.07.2022- ci il tarixdə Kürdəmir rayonu, Məcburi Köçkün qəsəbəsində yerləşən Mənzil İstismar Sahəsinin inzibati binasında Şuşa Rayon İcra Hakimiyyəti başçısının rayon sakinləri ilə səyyar görüşü keçirildi
Bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Ölkəmizdə insan amili, onun rifahı, məşğulluğun təmin olunması, yoxsulluğun və işsizliyin aradan qaldırılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır. Bu da ölkə başçısı tərəfindən son illərdə imzalan Azərbaycan vətəndaşlarının, xüsusən şəhid ailələrinin, qazilərin həmçinin digər kateqoriyadan olan insanların sosial müdafiəsinin daha da artırılmasına yönəldilən Fərman, Sərəncamlarda öz əksini tapmışdır. Prezident cənab İlham Əliyev keçirilən müşavirələrdə, həmçinin rayonlara yeni təyin olunmuş icra başçıları ilə görüşlərində regional inkişaf proqramlarının icrasının Azərbaycanın qarşısında açdığı imkanlardan geniş bəhs edərək əsas diqqəti məmur-vətəndaş münasibətlərinə yönəldir. Ölkə Prezidenti iyulun 25-də rayon icra hakimiyyətlərinin başçılarını təyin olunmaları ilə əlaqədar qəbul edərkən bir daha bu müraciəti etdi ki, daim insanlarla təmasda olmalısınız. Kəndlərdə olmalı, kənd camaatının qayğıları ilə yaşamalı, onları narahat edən problemləri onların dilindən eşitməli və imkan daxilində bu problemləri həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq. Ölkə rəhbərinin tapşırığına uyğun olaraq Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tərəfindən mütəmadi olaraq respublikanın 58 rayonunda məskunlaşmış rayon sakinləri ilə səyar-qəbulların keçirilməsi və belə görüşlər zamanı əhalini narahat edən problemlərin yerindəcə öyrənilməsi və operativ həll edilməsi əhali tərəfindən yüksək qiymətləndirilir. 29.07.2022- ci il tarixdə Kürdəmir rayonu, Məcburi Köçkün qəsəbəsində yerləşən Mənzil İstismar Sahəsinin inzibati binasında Şuşa Rayon İcra Hakimiyyəti başçısının rayon sakinləri ilə səyyar görüşü keçirildi. Sakinlərlə görüşü zamanı çıxışında Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməkdə davam etdirilən işğaldan azad edilmiş torpaqlarımıza Böyük qayıdış hərəkatı Qarabağda dağıdılmış kəndlərin və şəhərlərin bərpa edilməsi və yenidən qurulması ilə bərabər, həm də bütövlükdə müstəqil Azərbaycanın daha güclü və parlaq gələcəyini də aydın şəkildə təsəvvür etməyə imkan verir. Bayram Səfərov Prezident cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində insanlarımızın rifah halının yüksəldiyini, sosial yönümlü böyük layihələrin icra olunduğunu, beynəlxalq arenada ölkəmizin nüfuzunun artdığını sakinlərin diqqətinə çatdırdı. Vətəndaşların müraciətləri əlaqədar Şuşa Rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün olan məsələlərin yerində araşdırılması və operativ həlli üçün Bayram Səfərov tərəfindən aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verildi. Digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə aidiyyəti qurumların rəhbərləri ilə birgə müzakirələr aparıldı, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri işlərin görüləcəyi vətəndaşların diqqətinə çatdırıldı.