Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı

28 mart 2018 | 16:00

 

Ümummilli Lider Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı Sərəncam ilə hər il mart ayının 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir.
Dahi şəxsiyyət Heydər Əliyev, müstəqil Azərbaycanın hüquq mühafizə, o cümlədən təhlükəsizlik orqanlarının formalaşmasında və inkişafında böyük işlər görmüşdür.
Ulu Öndər nümunəvi ömrünün və çoxşaxəli həyatının 25 ilini təhlükəsizlik orqanlarında xidmətə həsr edib. Dahi şəxsiyyət Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xüsusi xidmət orqanlarının inkişafını daim diqqət mərkəzində saxlayıb, dövrün ağır şərtlərinə baxmayaraq, bu orqanın formalaşmasına böyük əmək sərf edib.
Ulu Öndərin layiqli davamçısı Zati-aliləri cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Dövlət Təhlükəsizlik Xidmətində aparılan geniş islahatlar fəaliyyətin daha səmərəli təşkilinə şərait yaratmışdır.
Ölkənin sabitliyinin və təhlükəsizliyinin etibarlı təmin edilməsi, cinayətkarlıqla mübarizə üzrə aidiyyəti dövlət və hüquq mühafizə orqanları ilə mövcud olan sıx və işgüzar əməkdaşlıq əlaqələr bu vəzifələrin də öhdəsindən uğurla gəlməyə imkan verir. 
Peşə bayramı ərəfəsində möhtərəm Prezident cənab İlham Əliyevin sərəncamları ilə ali hərbi rütbələrin verilməsi və bir qrup əməkdaşın dövlət mükafatları ilə təltif edilməsi Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarına verilən yüksək qiymətdir.
28 mart 2018-ci il tarixində Dövlət Təhlükəsizlik Xidmətinin yaranmasının 99 illiyi Şuşa rayon İcra Hakimiyyətində qeyd edilmişdir. Peşə bayramı münasibətilə  Şuşa rayon bölməsinin iki əməkdaşı rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.

Keçidlər