Şriftin ölçüsü :

Saytın rəngi :

İlk dəfə səs verən rayon gəncləri ilə görüş keçirilmişdir

03 aprel 2018 | 16:00

03 aprel 2018-ci il tarixdə Yasamal rayonunda yerləşən Şuşa Humanitar Kollecində Şuşa rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ilk dəfə səs verən rayon gəncləri ilə görüş keçirilmişdir. Görüşdə Şuşa rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov, Şuşa Humanitar Kollecinin direktoru Rasim Mehdiyev və digər şəxslər iştirak etmişdirlər. Gənclər arasında maarifləndirmə işinin təşkili, xüsusən ilk dəfə səs verənlər arasında maarifləndirmə işinin aparılması, həmçinin gənclərin seçkilərdə fəallığının təmin edilməsi məqsədi ilə baş tutmuş görüşdə Şuşa rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov çıxış edərək, geniş şəkildə seçki və seçki prosesi haqqında gənclərə məlumat vermişdir. Daha sonra kollecin direktoru Rasim Mehdiyev və direktor müavini Könül Hüseynova da çıxış edərək, öz növbələrində gəncləri seçlki prosesi ilə yaxından tanış olmağa və seçkidə iştirak etməyə dəvət etmişdirlər. Tədbir əsnasında ilk dəfə səs verən gənclərin mövzu ilə bağlı suallarına cavab verilmiş və onları maraqlandıran məsələlərə aydınlıq gətirilmişdir. Tədbirin sonunda kollecin 2-ci kurs tələbəsi Şəms Qəhrəmanova çıxış edərək həmyaşıdlarını seçkidə fəal iştirak etməyə çağırmışdır.

 

 

 

Keçidlər