Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalinin tibbi müayinəsi Şuşa rayonu üzrə uğurla icra olunur

06 aprel 2018 | 16:00

 

Respublikamızın sosial-iqtisadi inkişafı səhiyyə sisteminə də öz müsbət təsirini göstərmişdir. Son illərdə Azərbaycanda yüzlərlə iri səhiyyə obyektləri inşa olunmuş, tibb müəssisələri yenidən qurulmuş, müxtəlif müalicə ocaqları əhalinin istifadəsinə verilmişdir.

Azərbaycanda baş verən sürətli iqtisadi inkişaf ölkə əhalisinin hərtərəfli pulsuz tibbi müayinədən keçməsini də təmin etmişdir. Vətəndaşların sağlamlığının qorunması, tibb xidmətinin keyfiyyətinin yüksəldilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Müayinələrin aparılması əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin vaxtında müalicə olunmasına xidmət edir. Əlbəttə, bütün bunlar ölkə başçısı İlham Əliyevin xalqımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə Şuşa Mərkəzi Rayon Xəstəxanasının tibb müəssisələrində də rayon əhalisinin tibbi müayinəsi həyata keçirilir. Rayonun idarə və müəssisələrində, mədəniyyət, təhsil, idman sahələrində çalışanlar, rayon əhalisi, Şuşa Humanitar Kollecinin tələbələri və kollektivləri mütəşəkkil surətdə tibbi müayinələrə cəlb olunmuşdur.

İnsan üçün ən böyük var-dövlət onun sağlamlığıdır. İnsan sağlamlığını qoruyan isə şərəfli və müqəddəs peşə sahibi olan həkimlərdir. Bunu nəzərə alan Şuşa Mərkəzi Rayon Xəstəxanasının kollektivi xalqımızın sağlamlığı keşiyində dayanaraq, əhalinin tibbi müayinəsinin yüksək səviyyədə

aparılmasında öz üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün səylə çalışır, doğma peşələrinə məsuliyyətli münasibət bəsləyir, bütün bacarıq və biliklərini sərf edirlər.

Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun Şuşa səhiyyəsinə göstərdiyi qayğı və diqqətin nəticəsi olaraq 2017-ci ildə Şuşa MRX-nin poliklinika hissəsinin yerləşdiyi sahə genişləndirilmiş, maddi-texniki bazası xeyli gücləndirilmişdir. İndi Poliklinikada müasir standartlara uyğun olan ultrasəs diaqnostika kabineti, kliniki və biokimyəvi analizatorları olan laboratoriya, mükəmməl fizioterapiya, göz xəstəliklərinin müayinə və müalicəsini təmin edən oftalmoloji, burun - qulaq boğaz xəstəlikləri kabineti, nevroloji, uşaq nevroloji, mama-ginekoloji, kardioloji, endokrinoloji, cərrahi, stomatoloji, terapevt və pediatriya xidmətləri müasir tələblərə cavab verir.

Şuşa Mərkəzi Rayon Xəstəxanasının Poliklinikasında əhalinin tibbi müayinələrində terapevt, pediatr, nevropatoloq, endokrinoloq, dəri-zöhrəvi, ginekoloq, otolorinqoloq, oftalmoloq, stomatoloq, laboratoriya və USM, EKQ həkimləri, tibb bacıları fəal iştirak edirlər. Müayinələr rəhbərliyi Mərkəzi Rayon Xəstəxanası baş həkiminin müavini Səfərova Kəmalə edir. USM həkimlərindən- bu günlərdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif olunmuş Rəhimova Gültəkin, Bəhmənova Şahnazə, Səfərova Adilə, terapevtlərdən Həsənli Tünzalə, Məmmədova Ulduz, Məmmədova Humay, oftalmoloqlardan Məhərrəmova Fidan, Bünyadova Mətanət, endokrinoloq Fətəliyeva Qismət, pediatrlardan Quliyeva Mənsurə, Hüseynova Arzu, nevropatoloq Quliyeva Könül, otolarinqoloq Cəfərova Sevinc, tibb bacılarından Abbasova Tahirə, Əşrəfova Aygün, İbrahimova Rəna, Ağayeva Mailə, Kərimova Pərvanə və başqaları rayon əhalisinin hər bir müraciətinə həssaslıqla yanaşırlar. Müayinələr əhali tərəfindən razılıqla qarşılanır. Aksiyaya start verildiyi gündən - 2018-ci il fevralın 10-dan aprelin 1-dək rayon əhalsinin 18 və yuxarı yaşda olan 24068 nəfərindən

18741 nəfəri tibbi müayinələrdən keçmişdir. Müayinələr zamanı müxtəlif xəstəliklər aşkarlanan vətəndaşlardan 784 nəfər ambulator, 72 nəfər stasionar, 63 nəfər ixtisaslaşmış tibb müəssisələrinə müalicəyə göndərilmişdir.

Bununla əlaqədar Şuşa rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklər tərtib olunmuşdur. Müvafiq qurumların da cəlb olunması ilə Respublikanın 57 məntəqəsində məskunlaşan rayon əhalisi arasında təşkilati-izahat işləri davam etdirilir və pulsuz tibbi müayinələrin səmərəli fəaliyyətinə daim İcra Hakimiyyəti tərəfindən nəzarət edilir.

Həkim briqadaları səyyari olaraq məcburi köçkün kimi rayon əhalisinin məskunlaşdığı Bərdə, Mirzələr qış yatağında, Şəki, İsmayıllı rayonlarında olmuş, həmyerlilərimizi tibbi müayinədən keçirmiş və ehtiyacı olanlara pulsuz dərmanlar, sarğı materialları paylanmışdır. Rayon əhalisi onlara göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, insanların sağlamlığına xidmət edən bu cür əməli addımları yüksək qiymətləndirmişlər.

Şuşa Mərkəzi Rayon Xəstəxanasının Poliklinikası ilə yanaşı, Quşçular, Malıbəyli, Xanalılar kənd həkim məntəqələrində də rayon əhalisinin tibbi müayinəsi uğurla icra edilir.

Aparılan kütləvi müayinələrbir daha göstərir ki, dövlətimiz əhalinin sağlamlığının etibarlı təminatına böyük önəm verir. Ölkənin sosialyönümlü siyasətində səhiyyə məsələlərinin daim ön planda olduğu bir daha təsdiqlənir. Tibb işçilərinin qarşısında duran başlıca vəzifə vətəndaşlara layiqli xidmət göstərməkdir.

Hazırda Şuşa rayonu üzrə əhalinin tibbi müayinəsi uğurla davam edir.

 

 

 

 

 

 

 

 

 

Keçidlər