Azərbaycan xalqı növbəti prezident seçkilərində yüksək əhvali-ruhiyyə ilə iştirak etdi
Azərbaycan xalqı növbəti prezident seçkilərinə yüksək əhvali-ruhiyyə ilə gəldi və yekdilliklə öz iradəsini nümayiş etdirdi. Xalqımız müdrikliklə, uzaqgörənliklə Cənab İlham Əliyevi yenidən Prezident seçdi. Cənab Prezident seçicilərin mütləq səs çoxluğunu Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərinə görə qazanıb.
Şuşalılar da bu seçkilərdə öz fəallıqlarını xüsusi nümayiş etdirərək, Ulu Öndər Heydər Əliyevin bəşəri ideyalarını uğurla davam etdirən, müasir Azərbaycanı regionda ən güclü dövlətə çevirən, vətəndaşlarımızın sosial müdafiəsinin daha da gücləndirilməsində əvəzsiz xidmətlər göstərən Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin namizədliyini çox yüksək faiz səslə dəstəkləyərək, ona olan sonsuz inam və ehtiramlarını bir daha sübut etdilər.
Cənab İlham Əliyevin yenidən Prezident seçilməsini böyük ruh yüksəkliyi ilə qarşılayan rayon əhalisi məcburi koçkünlərimizin sıx məskunlaşdığı Yeni Yasamal və «Ramana-450» qəsəbələrində öz sevinclərini bölüşərək, Yeni Azərbaycan Partiyasının möhtəşəm, inamlı qələbəsini qeyd etdilər.
Uğurlarımızın sırasında xüsusi önəm daşıyan iki il əvvəl yaşadığımız zəfərli aprel günləridir! Lələtəpədə yüksələn Azərbaycan bayrağı – inanırıq ki, Ali Başı Komandanımızın rəhbərliyi altında Böyük Qayıdışımızın davamı olaraq tezliklə doğma Qarabağımızda, Şuşamızda dalğalanacaqdır!