Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib
27 aprel 2018 | 16:00
Şuşa rayon ümumtəhsil məktəblərində ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib. Yarışda II-IV siniflər üzrə 3 oğlan və 3 qız olmaqla 9 məktəb komandası iştirak edib.
Qalib komanda respublika mərhələsində iştirak edəcək.