Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayon İcra Hakimiyyətində ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyi münasibətilə tədbir keçirilmişdir

05 may 2018 | 16:00

 

Şuşa rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Şuşa rayon Təşkilatı ilə birgə ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyi münasibətilə tədbir keçirmişdir.

Tədbir iştirakçıları Ulu öndərin xatirəsinə ehtiram əlaməti olaraq Şuşa rayon İcra Hakimiyyətindəki büstünün önünə gül dəstələri qoymuşlar.

Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikas Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov öz çıxışında ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu və fəaliyyəti barədə məlumat verərək bildirmişdir ki, ölkəmizdə sabitliyin qorunmasında, hüquqi dövlətin qurulmasında, dövlətçiliyin və iqtisadiyyatın möhkəmləndirilməsində, 1990-cı illərdə erməni təcavüzünün qarşısının alınmasında, doğma Azərbaycanımızın beynəlxalq miqyasda tanınmasında ulu öndərin xidmətləri əvəzsizdir. B.Səfərov vurğulamışdır ki, Ermənistanın təcavüzü nəticəsində öz doğma yurd-yuvasından didərgin düşmüş qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi daim ulu öndərin diqqət mərkəzində olmuşdur.

Tədbirdə Ulu Öndərin şərəfli həyat yolu ilə bağlı sənədli film nümayiş etdirilmişdir.

Yeni Azərbaycan Partiyası Şuşa rayon Təşkilatının sədri T.Əliyev Ümummilli liderin hakimiyyətə qayıtdıqdan sonra atəşkəsə nail olunması, dünyanın aparıcı ölkələri ilə neft strategiyasının əsasını qoyan “Əsrin müqaviləsi”nin imzalanması, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması, müstəqil dövlətin ilk Konstitusiyasının qəbul olunmasında, 1992-ci ildə YAP-ın yaranmasında H.Əliyevin müstəsna rolu olmuşdur.

Tədbirdə çıxış edənlər - millət vəkili Elman Məmmədov, Şuşa rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüsalə Fətəliyeva və Əkbər Hacıyev, Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasının professoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri Elçin Əhmədov, Şuşa Humanitar Kollecinin Gənclər təşkilatının üzvü Qəhrəmanova Şəms ümummili liderin fəaliyyəti dövründə ölkəmizin dinamik inkişafı, xalqın rifahı üçün yorulmadan çalışmasından danışmış, müstəqillik illərində Azərbaycanın beynəlxalq aləmdə tanınmasında və yüksək mövqe qazanmasında əvəzsiz rolunu qeyd etmişlər.

Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında Ulu Öndər Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

Tələbə və şagirdlərin ifasında Ulu öndərə həsr edilmiş şeirlər və mahnılar maraqla qarşılanmışdır.

Sonra təhsildə və idmanda uğur qazanan rayon məktəbliləri diplomlarla və hədiyyələrlə təltif edilmişlər.

Tədbirin sonunda bir qrup gəncə YAP-ın vəsiqələri təqdim edilmişdir.

 

 

 

 

Keçidlər