3 yanvar 2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhər Mədəniyyət evində rayon sakinləri ilə növbəti səyyar görüşü keçirildi
23 yanvar 2025 | 16:08
Məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması bütövlükdə dövlətin gücünü göstərən ən mühim amillərdən biridir. Ölkə başçısının tapşırığına əsasən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov respublikamızın 58 rayonunda məskunlaşmış rayon əhalisi ilə mütəmadi olaraq görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır. Şuşa Rayon İcra Hakimiyyəti başçısının 23 yanvar 2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhər Mədəniyyət evində rayon sakinləri ilə növbəti səyyar görüşü keçirildi. Səyyar görüşdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan abadlıq və quruculuq sahəsində görülən işlər, ölkəmizin beynəlxalq arenada əldə etdiyi uğurlar, "Böyük Qayıdış" Proqramının sürətlə icra edilməsi, sosial-iqtisadi sahədə əldə edilən uğurlardan danışdı. Əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini, bunun artıq ənənə halını aldığını vurğulayan Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov səyyar qəbulların məqsədinin respublikanın müxtəlif rayonlarda məskunlaşan Şuşa rayon əhalisinin ortaya çıxan problemlərinin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd etdi.
Səyyar qəbulda sakinlərin müraciətləri və təklifləri dinlənildi, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi, həlli vaxt tələb edən məsələlər nəzarətə götürüldü.