Şriftin ölçüsü :

Saytın rəngi :

14 fevral 2013-cü il tarixdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının 2012-ci ilin yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir

15 fevral 2013 | 16:00

Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rövşən Ağayev, Milli Məclisin deputatları Flora Qasımova və Elman Məmmədov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayəndələri, ziyalılar və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər. Yığıncaq iştirakçıları Şuşa Rayon İcra Hakimiyyətinin foyesində Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzmüşlər. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün Azərbaycan övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Şuşa Rayonunun ictimai - siyasi və mədəni həyatından bəhs edən video çarx nümayiş etdirilmişdir. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərov 2012 - ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı məruzə ilə çıxış etmişdir. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş naliyyətlər barədə məlumat vermiş, 2012-ci il ərzində rayonda görülmüş işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışmışdır. Məruzə ətrafında Maliyyə şöbəsinin müdiri Böyükağa Əhmədov, rayon Statistika idarəsinin rəisi Anar Xəlilov, rayon Təhsil şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, Qaladərəsi kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi Malik Babayev, Milli Məclisin deputatı Flora Qasımova və Elman Məmmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rövşən Ağayev çıxış etmişlər. Cənab prezident İlham Əliyev “Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda ölkənin sosial-iqtisadi inkişafının əsas göstəriciləri, iqtisadiyyatın ayrı-ayrı sahələri - sənaye, infrastruktur, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, sosial inkişaf, turizm, ekologiya və sairə sahələr üzrə iqtisadi inkişafı əks etdirən göstəricilərlə yanaşı bəzi nöqsanlardan danışaraq dövlət məmurlarına ciddi xəbərdarlıq etməsi onların öz işlərində daha da məsuliyyətli olmağa və xalqın problemləri ilə daha yaxından maraqlanmağa çağırışı yığıncaq iştirakçılarının diqqətinə bir daha çatdırılmışdır. Yığıncaq iştirakçıları çıxış edərək çatışmamazlıqlar və problemlər barəsində öz təkliflərini vermişlər. Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Gülbəniz Babayevayın təqdim etdiyi Qərar lahiyəsi səsə qoyularaq qəbul edilmişdir. Yığıncağın sonunda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə Müraciət qəbul edilmişdir.

Keçidlər