28 May Respublika Günü
2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq bununla bağlı Şuşa rayonu üzrə silsilə tədbirlər davam etmişdir.
Şuşa rayon İcra Hakimiyyətinin və rayonun mədəniyyət müəssisələrinin təşkilatçılığı ilə 25 may tarixində şəhər 1 nömrəli tam orta məktəbində bayram şənliyi keçirilmişdir.
Tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov, Aparat işçiləri, idarə, müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycanın 28 may 1918-ci ildə əsası qoyulmuş dövlət müstəqilliyinin atributlarını özündə cəmləşdirən qüdrətli bir dövlətə çevrilməsindən, ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində daha da inkişaf edərək dünya dövlətləri arasında öz layiqli yerini tutmasından danışmışdır.
Rəsmi hissədən sonra bədii hissə ilə tədbir davam etmişdir. Respublikanın Əməkdar artisti, Akademik Opera və Balet Teatrının solisti Gülüstan Əliyevanın canl ifası, Şuşa rayon Mədəniyyət Mərkəzinin konsert proqramı, “Təbəssüm” qrupunun rəqsləri, balaca Aydan Əliyevanın söylədiyi seir böyük maraqla qarşılanmışdır.