Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şuşa rayonu üzrə silsilə tədbirlər keçirilib

01 iyun 2018 | 16:00

 

1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək barədə qərar qəbul olunub. «Uşaqların Beynəlxalq Müdafiəsi Günü» dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd edilir.

2018-ci il iyun ayının 1-də Şuşa şəhər Uşaq Yaradıcılıq Mərkəzində və Bakı şəhərində fəaliyyət göstərən Şuşa rayonunun bütün ümumtəhsil məktəblərinin hər birində «Uşaqların Beynəlxalq Müdafiəsi Günü»nə həsr edilmiş tədbirlər keçirilmişdir.

Şuşa şəhər Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin və məktəb şagirdlərinin təqdim etdikləri seirlər, mahnılar, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.

Belə tədbirlərdən biri də Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən Şuşa şəhər 8 nömrəli tam orta məktəbində təşkil edilmişdir. Tədbiri giriş sözü ilə Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva açaraq, Azərbaycanda uşaqların sosial və hüquqi müdafiə olunması, onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlərin görülməsindən danışmışdır. V. Fətəliyeva uşaq hüquqlarının müdafiəsi ilə bağlı 1998-ci il mayın 19-da qəbul edilmiş “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunundan, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasətindən, Dövlət başçısı cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlardan, Heydər Əliyev Fondunun gördüyü işləri də tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva valideyn himayəsindən məhrum olmuş,

qaçqın və məcburi köçkün, imkansız, aztəminatlı ailələrdən olan uşaqlara xüsusi diqqət və qayğı ilə yanaşır.

Gələcəyimiz olan uşaqların asudə vaxtlarının səmərəli və maraqlı təşkil olunması, sağlam böyüməsi,onların təhsili və hüquqlarının qorunması istiqamətində aparılan işlər hər zaman Şuşa rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur.

V. Fətəliyeva «1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü» münasibəti ilə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərovun təbrikini uşaqlara çatdırmışdır.

Məktəbin direktoru Gülmirə Ağayeva uşaqları təbrik edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli Sərəncamı ilə 2009-cu ilin "Uşaq ili” elan edilməsinin Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz nümunəsi olmasını qeyd etmişdir.

Həmin məktəbin IV sinif şagirdlərinin (sinif rəhbəri Vüsalə Babayevanın təşkilatçılığı ilə təşkil edilən) ifasında qeyri - adi bayraq fləşmobu, seirlər, bir-birindən maraqlı səhnəcikləri çox maraqlı şəkildə təqdim etmək bacarıqları tədbirdə iştirak edənlər tərəfindən alqışlarla qarşılanmışdır.

Şuşa şəhər 1 nömrəli tam orta məktəbində, Xankəndi şəhər 4 nömrəli tam orta məktəbində Şuşa şəhər Uşaq Yaradıcılq Mərkəzinin birgə təşkilatçılığı ilə «Beynəlxalq Uşaq günü»nə həsr edilmiş tədbirlər xüsusi qeyd edilmişdir. Tədbirlərdə Şuşa rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Gülbəniz Babayeva, baş məsləhətçilər Ülviyyə Bağırova və İlahə Ələkbərli iştirak etmişlər.

Sabunçu rayonu, Fatmayı kəndində yerləşən Şuşa şəhər 9 nömrəli tam orta məktəbinin və Turşsu kənd Uşaq Musiqi

məktəbinin 2017-2018-ci tədris ilinin yekunlarına həsr edilmiş tədbirlərinin də məhz bu gün keçirilməsi şuşalı uşaqlara göstərilən böyük diqqət və qayğısının nəticəsidir. Bir-birindən maraqlı xor ifaları, müxtəlif əsərlərin və mahnıların səslənməsi, nağaraçalanların məharəti maraqla izlənmişdir.

Tədbirdə Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva, Sumqayıt Regional Mədəniyyət və Turizm şöbəsinin nümayəndələri, rayonun musiqi məktəblərinin direktorları iştirak etmişdir.

 

 

 

 

 

Keçidlər