Şriftin ölçüsü :

Saytın rəngi :

“Keçmişimiz, bugünümüz, gələcəyimiz!”

07 iyun 2018 | 16:00

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş ərazisi işğal altında olan məktəblərin VII-IX sinif şagirdləri arasında “Keçmişimiz, bugünümüz, gələcəyimiz!” mövzusunda keçirilən breyn-rinq intellektual bilik yarışmasında Şuşa rayon 6 saylı məktəbin şagirdləri II yerə layiq görülmüşdür.

“Pənahabad” adlanan komandanın üzvlərindən VII sinif şagirdləri Məhərrəm Məhərrəmov, Nərminə Məhərrəmzadə, VIII sinif şagirdləri Gülnur Kərimova, Xədicə Rəsulova, IX sinif şagirdlərindən Toğrul Hüseynli və Toğrul Verdiyev II yerin qazanılmasında fəal iştirak etmişlər. Sizi təbrik edir və dərslərinizdə uğurlar arzu edirik!

 

 

 

 

 

Keçidlər