Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qurtuluş Günü

13 iyun 2014 | 15:00

Şuşa rayon uşaq incəsənət və musiqi məktəblərinin iştirakı ilə iyunun 13-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri Bayram Səfərov tədbir iştirakçılarını ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan bayram münasibətilə təbrik etmişdir. Cənab Bayram Səfərov bildirmişdir ki, Ümummilli lider  Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan  dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır. Cənab başçı vurğulamışdır ki, ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də layiqli davamçısını yetişdirməsidir. Bildirmişdir ki, bu gün Prezident İlham Əliyev Ümummilli Liderin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Dövlətimizin başçısının uğurlu daxili və xarici siyasətinin, onun xalqa olan səmimi məhəbbətinin nəticəsidir ki, indi respublikamız dünyanın ən qabaqcıl ölkələrindən biridir.
Sonra tədbir Şuşa rayon uşaq incəsənət və musiqi məktəblərinin, Şuşa musiqi və humanitar kolleclərinin iştirakı ilə konsert proqramı ilə davam etmişdir. Konsertdə xalq mahnıları, Azərbaycan və dünya bəstəkarlarının musiqiləri, həmçinin rəqslər ifa edilmişdir.

Keçidlər