Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayon Tibb işçilərinin peşə bayramı qeyd edilmişdir

17 iyun 2018 | 16:00

 

17 iyun 2018-ci il tarixdə -«Tibb işçilərinin Peşə Bayramı» münasibətilə Şuşa rayon İcra Hakimiyyətinin və Mərkəzi Rayon Xəstəxanasının təşkilatçılığı ilə tədbir keçirilmişdir.

Tədbiri Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov açaraq tibb işçilərini peşə bayramları münasibətilə təbrik etmiş, onlara əhalinin sağlamlığı keşiyində ayıq-sayıq dayanmağı arzulamışdır. Rayon rəhbəri öz çıxışında qeyd etmişdir ki, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzində saxlanılır, müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Cənab Bayram Səfərov dövlət tərəfindən əhalinin sağlamlığına xüsusi diqqət və qayğı göstərildiyini, respublika Prezidentinin tapşırığı ilə əhalinin tibbi müayinədən keçirildiyini bildirmişdir.

Sonra Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov çıxış edərək tibb işçilərini peşə bayramları münasibəti ilə təbrik edərək səhiyyənin keçmişi və bu günü ilə bağlı məlumat vermişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən respublikamızda səhiyyə sahəsində aparılan islahatlar, bu sahəyə göstərdiyi diqqət və qayğıdan, səhiyyənin inkişafından, Şuşa Mərkəzi rayon Poliklinikasının maddi-texniki bazasının möhkəmləndirilməsindən, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsindən söz açmışdır.

Mərkəzi Rayon Xəstəxanası Baş həkiminin müavini Kəmalə Səfərova Poliklinikanın fizioterapiya, oftalmologiya kabinetlərinin müasir avadanlıqlarla təchiz edilərək fəaliyyətə başlamasından, kənd həkim məntəqələrinin əhaliyə göstərdiyi tibbi xidmətin keyfiyyətindən danışmışdır.

Tədbirdə çıxış edən həkimlər öz ixtisasları üzrə tibb elminin müasir mərhələdəki inkişaf səviyyəsindən maraqlı və yaddaqalan çıxışlar etmişlər.

Şuşa Mərkəzi rayon Xəstəxanası üçün ən əlamətdar hadisələrdən biri də rayon əhalisinin sağlamlığı keşiyində öz bilik və bacarığını heç zaman əsirgəməyən terapevt həkim Gültəkin Rəhimovanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamıyla «Tərəqqi» medalı ilə təltif edilməsi olmuşdur.

Tədbirin sonunda rayon əhalisinə səhiyyə sahəsində göstərdikləri xidmətə görə tibb işçilərinə Şuşa rayon İcra Hakimiyyətinin və Mərkəzi Rayon Xəstəxanasının Fəxri Fərmanları təqdim edilmişdir.

Bədii hissədə balaca Aydan Əliyevanın söylədiyi şeir, Şuşa şəhər 8 nömrəli tam orta məktəbin şagirdlərinin göstərdikləri səhnəciklər maraqla qarşılanmışdır.

Keçidlər