Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan polisinin yaranmasının 100 illiyi

27 iyun 2018 | 16:00

 

2 iyul - Azərbaycan polisinin yaranmasının 100 illiyi və polis işçilərinin peşə bayramı münasibətilə 27 iyun 2018-ci il tarixində Şuşa rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən Şuşa rayon İcra Hakimiyyətinin başçısı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov polis işçilərini peşə bayramı münasibətilə təbrik etmiş, ölkədə ictimai-siyasi sabitliyin, əmin-amanlığın, təhlükəsizliyin təmin edilməsində polisin fəaliyyətindən danışmışlar. Bildirilmişdir ki, 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə əsası qoyulan milli polis ötən dövr ərzində çətin və şərəfli yol keçmişdir. Ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycan polisinin formalaşmasına, peşəkarlığının artırılmasına daim böyük diqqət və qayğı göstərmişdir. Ulu Öndərin 2 iyul “Polis günü”nün peşə bayramı kimi qeyd olunması barədə 1998-ci il 24 may tarixli Fərmanı bu qayğının parlaq təzahürüdür. Azərbaycan polisi dövlətin formalaşmasında, milli maraqların qorunmasında, ölkənin ərazi bütövlüyü uğrunda döyüşlərdə fəal iştirak edib. Hazırda Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində hüquqi-demokratik islahatların bazası daha da genişləndirilir və zənginləşdirilir. Rayon polis şöbəsinin əməkdaşları Azərbaycan qanunlarına, xalqa, Vətənə, ümummilli lider Heydər Əliyevin amallarına və Prezident İlham Əliyevə daim sadiqdirlər və ictimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında şərəflə çalışırlar.

Milli Məclisin deputatı Elman Məmmədov peşə bayramları münasibəti ilə polis əməkdaşlarını təbrik etmiş, onlara çətin işlərində uğurlar arzulamışdır.

Şuşa rayon Polis şöbəsinin rəisi, polis-polkovniki İlqar Rüstəmli öz məruzəsində, Azərbaycan polisinin uzun, tarixi və şərəfli bir yol keçdiyini, daxili işlər orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna rolunu qeyd etmişdir. Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev polis işçilərinə həmişə diqqət və qayğıkeşliklə yanaşır.

Ehtiyatda olan polkovnik Orduxan Kərimov Şuşa polisinin müharibə illərində fəaliyyətindən bəhs etmişdir.

Tədbirdə - xidmətdə fərqlənmiş polislərə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidməti Şuşa rayon bölməsinin əməkdaşlarına Fəxri Fərmanlar, hədiyyələr verilmişdir.

Tədbir Şuşa Dövlət Musiqili Dram Teatrının konsert proqramı ilə davam etmişdir.

 

 

 

 

 

Keçidlər