Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prezidentinin Millətlərarası Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət Müşaviri Kamal Abdullayevlə Şuşa ziyalılarının, rayon ictimaiyyətinin görüşü keçirilmişdir

20 iyun 2014 | 15:00

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında  Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal  Abdullayevlə  Şuşa ziyalılarının, rayon ictimaiyyətinin görüşü keçirilmişdir.
Əvvəlcə görüş iştirakçıları ümummilli lider  Heydər Əliyevin İctimai Birliyin mərkəzi qərargahındakı  büstünün  önünə gül-çiçək  dəstələri düzmüşlər.
Görüşdə çıxış edən Kamal Abdullayev demişdir  ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin respublikamızda Bilik Fondunun təsis edilməsi haqqında Fərmanı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında Sərəncamı dövlətçiliyimizin daha da inkişafı üçün güclü bir təkan olmuşdur. “Dövlətçilik prinsipləri fəaliyyətimizdə əsas olmalıdır”, - deyən K.Abdullayev respublikamızda vətəndaş cəmiyyətinin inkişafı, tollerantlığın qorunub saxlanılması, azərbaycançılıq ideologiyasının inkişafı istiqamətlərində atılan addımlardan danışmışdır.
Bu yaxınlarda Azərbaycanın bır sıra bölgələrinə səfər etdiyini deyən Dövlət müşaviri keçirdiyi görüşlər zamanı maraqlı hadisələrin şahidi olduğunu bildirmiş, ölkəmizdə  əsrlər boyu formalaşan və bu gün dünyaya örnək olan tolerantlıq mühitinin, milli mənəvi dəyərlərin qorunub saxlanması, yad dini ideologiya və radikalizm meyllərinin qarşısının alınması məsələlərindən danışmışdır. Kamal Abdullayev Azərbaycanın bu gün dünyaya neftlə, qazla yanaşı tolerantlıq da ixrac etdiyini vurğulamışdır. Hazırda 2000-dən çox məscidin olduğu Azərbaycanda dindarların da üzərinə böyük vəzifələrin düşdüyü, bü sahədə biganəliyə, laqeydliyə yol verilməməsinin, ölkəmizin sabit inkişafı  naminə mübarizə aparılmasının vacibliyi diqqətə çatdırılmışdır.
Görüşdə Azərbaycanda millətlərarası münasibətlər, etnik dillərin və mədəniyyətlərin, zəngin multikulturalizm ənənələrinin inkişafı barədə ətraflı fikir mübadiləsi aparılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət  müşavirinin Xidməti  tərəfindən ölkəmizdə  yaşayan müxtəlif xalqların mədəniyyətinin, dilinin inkişafı, tarixinin öyrənilməsi istiqamətində şəhərlərdə, qəsəbələrdə, kəndlərdə önəmli layihələr həyata keçirləcəkdir. Bu layihələrə gənclərin də cəlb edilməsinin əhəmiyyətini vurğulayan Dövlət müşaviri onların dövlətçiliyimizə yad olan müxtəlif yollardan çəkindirilməsinin zəruriliyini qeyd etmişdir. K. Abdullayev diqqətə çatdırmışdır ki, belə görüşlər Xocalı, Xocavənd rayonlarının  əhalisi ilə,  Tərtər, Füzuli, Ağdam sərhədyanı bölgələrində yerləşən hərbi hissələrdə davam etdiriləcəkdir.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri Bayram Səfərov Dövlət müşavirinə zəruri tövsiyələrinə görə rayon ictimaiyyəti adından təşəkkürünü bildirmişdir.

Keçidlər