Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa ağsaqqalları, ziyalıları və din xadimləri ilə görüş keçirildi

29 avqust 2018 | 16:00

 

Azərbaycanda ağsaqqal sözünə tarixən hörmət və ehtiramla yanaşılıb. Xalqımızın mentalitetində ağsaqqal məsləhəti, xeyir-duası, sözün əsl mənasında, həmişə xüsusi önəm kəsb edib. Həyatın ən çətin anlarında da, ən xoş günlərində də həmişə ağsaqqal sözünə, məsləhətinə ehtiyac yaranıb. Ağsaqqal və ağbirçəklərimiz öz müdrik məsləhətləri ilə gənclərimizə daim düzgün yol göstərib, onların tərbiyəsinin keşiyində dayanıblar. Deyilən tutarlı söz, məqamında verilən ağıllı məsləhət insanların köməyinə çatıb, dayağında durub.

Bu gün dəyərli ağsaqqallar, ziyalılar ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir, vətənimizin tərəqqisi, yüksəlişi üçün əllərindən gələni əsirgəmirlər. Onlar, xüsusilə, yeniyetmə və gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyəsidə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər.

Avqustun 29-da Şuşa rayon İcra Hakimiyyətində ağsaqqallarla keçirilən görüş də məhz bu məqsədə qulluq edirdi.

Tədbirdə Şuşa rayon ictimaiyyətinin nümayəndələri, dindarlar, QHT sədrləri, müharibə əlilləri, ziyalılar və ağsaqqallar iştirak edirdilər.

Görüşü rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov açaraq, dövlət başçısı İlham Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə göstərdiyi böyük diqqət və qayğıdan, ölkəmizin sosial-iqtisadi inkişafından danışıb. B.Səfərov bildirib ki, bu gün müstəqil Azərbaycan dövləti beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət həyata keçirir. Dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq Azərbaycanın başqa ölkələrlə qarşılıqlı əlaqələrində əsas prinsiplərdir. Düzgün iqtisadi siyasət, cəmiyyətdəki əmin-amanlıq, sabitlik, dünyanın müxtəlif dövlətləri ilə yaxşı münasibətlər ölkəmizi dünyada sabitlik, inkişaf və əməkdaşlıq ünvanı kimi təqdim edir. Ölkəmiz dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, sülhün və təhlükəsizliyin möhkəmlənməsində mühüm rol oynayır. Ona görə də hər kəs, hər bir Azərbaycan vətəndaşı hər zaman olduğu kimi dövlətinin, onun liderinin yanındadır və qətiyyətli milli iradə nümayiş etdirir. Biz, Şuşa rayon ictimaiyyəti - ziyalıları, ağsaqqalları da əhali arasında həmişə bu qəbildən maarifləndirmə işləri aparmalı, gələcəyimiz olan gənclərimizin təlim-tərbiyəsinə diqqəti artırmalıyıq.

Daha sonra çıxış edən Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə dövlət quruculuğu, sosial-iqtisadi inkişaf və hüquq - mühafizə sahəsində uğurla aparılan islahatlar, sabitliyin qorunması və təhlükəsizliyin təmin edilməsi üzrə görülən tədbirlər barədə məlumat verib.

Görüşdə iştirak edən ağsaqqallar, ziyalılar və din xadimləri də öz çıxışlarında ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrdən, ölkədə həyata keçirilən nəhəng infrastruktur layihələrindən söz açaraq məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkür və minnətdarlıqlarını bildiriblər.

Keçidlər