Qubadlının işğalından 25 il keçir
Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Ərazisi – 826 km2, əhalisinin sayı – 33800 nəfər, şəhid olmuşdur – 232 nəfər, əlil olmuşdur – 146 nəfər.
Qubadlı rayonu 1933-cü ildə təşkil olunmuşdur. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilmişdir. 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur.802 km2 ərazisi olan bu dağ rayonunun mərkəzi Qubadlı şəhəridir. Bərgüşad çayının hər iki sahilində yerləşən Qubadlı şəhərinin əhalisi 5604 nəfərdir. 30500 nəfərlik Qubadlı əhalisi 94 kənd və bir şəhərdə məskunlaşırdı. Rayonun əhalisi əsasən kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmuşdur.
İşğala qədər Qubadlı rayonunda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb fəaliyyət göstərirdi. Qubadlıda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və 28 klub xalqa xidmət edirdi. 6 avtoklub fəaliyyət göstərirdi. 23 kino qurğusundan istifadə olunurdu. 125 ticarət , 96 iaşə obyekti qubadlılara mədəni xidmət göstərirdi. 25 məişət xidməti müəssisəsi tam gücü ilə işləyirdi.Qubadlı rayonunda 21 rabitə müəssisəsi var idi. 8 avtomat stansiyası quraşdırılmışdı. 1950 nömrəlik həmin stansiyalar gecə-gündüz xalqın xidmətində idi.