Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayon İcra Hakimiyyətində “Azərbaycan Prokurorluğu Xalq Cümhuriyyətinin 100 illiyində” adlı tədbir keçirilmişdir

19 sentyabr 2018 | 16:00

Şuşa rayon İcra Hakimiyyətində “Azərbaycan Prokurorluğu Xalq Cümhuriyyətinin 100 illiyində” adlı tədbir keçirilmişdir

Şuşa rayon İcra Hakimiyyətinin və Şuşa rayon Prokurorluğunun birgə təşkilatçılığı ilə sentyabr ayının 19-da “Azərbaycan Prokurorluğu Xalq Cümhuriyyətinin 100 illiyində” adlı tədbir keçirilmişdir.

Tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikas Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov, Milli Məclisin deputatı Flora Qasımova, Şuşa rayon Prokurorluq orqanının əməkdaşları, idarə, müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edirdi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.

Tədbiri giriş sözü ilə açan Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikas Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov Azərbaycan Respublikası Prokurorluğunun qazandığı uğurlar, qanunçuluğun və dövlətçiliyin qorunmasında səmərəli fəaliyyəti barədə ətraflı məlumat verib. B.Səfərov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq təsis edilməklə fəaliyyətə başlayıb. Ulu öndər Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə hər il oktyabr ayının 1-i Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Demokratik cəmiyyətdə özünəməxsus yer tutan prokurorluq orqanlarının formalaşması və dövlət idarəetməsində mühüm əhəmiyyət daşıması Azərbaycan

Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən məhkəmə-hüquq islahatları və hərtərəfli dövlət dəstəyi nəticəsində mümkün olub.

Şuşa rayonunun Prokuroru vəzifəsini icra edən Baş Ədliyyə müşaviri Məmmədəli Rəhmətov prokurorluq orqanlarının yaranma tarixindən danışaraq prokurorluğun son 100 il ərzində keçdiyi yüksək inkişaf yolu və həyata keçirilən islahatlar barədə məlumat verib. Bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan 1995-ci il Azərbaycan Respublikasının Konstitusiyası dövlətin və idarəetmənin hüquqi əsaslarını, hüquq sisteminin bünövrəsini formalaşdırıb. Əsas Qanunda Azərbaycan Respublikası Prokurorluğuna dövlət idarəetmə sistemində prokurorluq orqanlarına ilk dəfə olaraq konstitusion status verilib. Müasir prokurorluq orqanlarının Azərbaycan Xalq Cümhuriyyətinin prokurorluq qurumunun hüquqi varisi olmasını təsdiqləyib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Flora Qasımova, bir zamanlar Şuşa rayon Prokuroru işləmiş Zahid Vəliyev Azərbaycan Respublikası Prokurorluğu orqanlarında qanunçuluq prinsiplərinin daim ön plana çəkildiyi, cəmiyyətdə prokurorluğa ictimai etimadın artdığı və onun nüfuzunun yüksəldiyini xüsusi vurğulayıblar.

Şuşa rayon İcra Hakimiyyəti tərəfindən rayon Prokurorluq orqanı əməkdaşları Fəxri Fərmanla təltif ediliblər.

Bədii hissədə Şuşa rayon mədəniyyət müəssisələrinin prokurorluq orqanı əməkdaşalrına bayram təbriki təqdim edilmişdir.

 

 

Keçidlər