Rəşid Behbudov adına Mahnı Teatrında Üzeyir Hacıbəyliyə həsr olunmuş 10-cu Beynəlxalq festival keçirilmişdir
Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2018-ci il 18-26 sentyabr tarixində Üzeyir Hacıbəyliyə həsr olunmuş X Beynəlxalq Musiqi Festivalı keçirilir. Bu ilki festivalda Rusiya, ABŞ, Türkiyə, İtaliya və Slovakiyadan tanınmış musiqiçi və kollektivlərlə yanaşı, respublikamızın musiqiçilərinin də iştirakı ilə 30-a yaxın tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Sentyabrın 25-də Rəşid Behbudov adına Mahnı Teatrında Üzeyir Hacıbəyliyə həsr olunmuş 10-cu Beynəlxalq festivalında Şuşa rayonunun musiqiçiləri fəal iştirak etmişlər. Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Şuşa rayon İcra Hakimyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Sumqayıt Regional Mədəniyyət idarəsinin Şuşa üzrə məsləhətçisi Zahid Abbasov və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.