Şriftin ölçüsü :

Saytın rəngi :

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 oktyabr 2018 | 16:00

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür. Şuşa maarifçilik ənənəsi olan bir şəhər olmuşdur. Bu torpağın çox görkəmli müəllimləri Azərbaycan təhsilinə böyük töhvələr vermişdir. İlk təhsil fədailərinin adı həmişə qürur doğurmuşdur. Bu ənənəyə sadiq olan Siz müəllimlər hər bir çətinliyə baxmayaraq müxtəlif rayonlarda və ünvanlarda Şuşa təhsilini hörmətlə davam etdirirsiniz.

Bu gün bütün müəssisələrində müəllim günü qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Respublikanın bir sıra müəllimlərini öz səmərəli fəaliyyətlərinə görə təltif olunmuşlar. Onlardan biri də Şuşa 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi- Musayeva Kəmalə Hüseyn qızıdır.

Şuşa təhsil müəssisələrində çalışan pedaqoji kollektivlərə ölkəmiz üçün layiqli vətəndaşlar yetişdirmək naminə gələcəyimiz olan övladlarımıza yüksək təhsil, vətənpərvərlik və dövlətçilik tərbiyəsinin öyrədilməsində müvəffəqiyyətlər və şərəfli peşənizdə müəllim adını həmişə uca tutmağı arzu edirik.

Şuşa rayonunda 1 Humanitar kollec, 21 ümumtəhsil məktəbi , 8 uşaq musiqi məktəbi, 2 uşaq yaradıcılıq inkişaf mərkəzi fəaliyyət göstərir. Bu təhsil müəssisələrinin bütün müəllimlərini Şuşa Rayon İcra Hakimiyyəti təbrik edir, pedaqoji fəaliyyətlərində uğurlar diləyir. Peşə bayramınız, müəllimlər gününüz mübarək olsun!

Keçidlər