9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə və 12 noyabr-Konstitusiya Gününə həsr edilmiş tədbir keçirilmişdir
Şuşa rayon İcra Hakimiyyətində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə və 12 noyabr-Konstitusiya Gününə həsr edilmiş tədbir keçirilmişdir
2018-ci il noyabr ayının 8-də Şuşa rayon İcra Hakimiyyətinin və Şuşa rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı gününə və 12 noyabr-Konstitusiya gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Şuşa rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, yeniyetmə və gənclər iştirak edirdi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.
Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva öz çıxışında Azərbaycan Respublikasının üçrəngli Dövlət bayrağının ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən qəbul edildiyini, Dövlət bayrağının milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildiyini, bu bayrağın bizim azadlığımızı, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyimizi nümayiş etdirdiyini diqqətə çatdırdı. V.Fətəliyeva qürur mənbəyimiz olan bayrağımıza bəslənən hörmət və ehtiramdan danışaraq bildirdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu dövlət atributu ilə bağlı mühüm qərarlar qəbul edib. Dövlətimizin başçısının 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə “Dövlət Bayrağı Günü” təsis olunub, 2010-cu ilin sentyabrında isə möhtəşəm Dövlət Bayrağı Meydanı yaradılmışdır. Üçrəngli bayrağımız bu gün dünyanın 70-ə yaxın ölkəsində, müxtəlif mötəbər və nüfuzlu beynəlxalq təşkilatlarında, elm, mədəniyyət mərkəzlərində dalğalanır. Xalqımızın ən böyük arzusu bayrağımızın Xankəndində, Şuşada və işğal olunmuş digər rayonlarımızda dalğalanmasını görməkdir.
Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva 12 noyabr - Azərbaycanda Konstitusiya günü kimi qeyd edilməsindən də danımış, bildirmişdir ki, 1995-ci ilin 12 noyabrında qəbul edilmiş
Konstitusiyamız qabaqcıl dünya təcrübəsinə, çoxəsrlik dövlətçilik ənənələrinə əsaslanır. Milli Konstitusiyamızın qəbulu ölkəmizin həyatında mühüm tarixi hadisə kimi yadda qalmışdır. Dahi şəxsiyyət Heydər Əliyevin yeni Konstitusiya hazırlanmasında, qəbul edilməsində gərgin əməyi və töhfəsi danılmazdır. Konstitusiyamız dövlət quruculuğunda, ictimai-siyasi, sosial-mədəni və iqtisadi sahələrdə demokratik proseslərə təkan verdi. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasətin əsasında hər zaman insan amili dururdu. Azərbaycanda bu gün də bu siyasət uğurla həyata keçirilir, hər şey insan üçün, hər şey Azərbaycan vətəndaşı üçündür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasını da bu prinsip təşkil edir.
9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı gününə və 12 noyabr-Konstitusiya gününə həsr edilmiş sənədli film nümayiş etdirilmişdir.
Rəsmi hissədən sonra tədbir bayram konserti ilə davam etmişdir. Şuşa rayon Mədəniyyət Mərkəzinin direktoru Yaşar İbrahimovun rəhbərliyi ilə hazırlanan, bir-birindən gözəl və vətənpərvərliyi tərənnüm edən mahnılar, seirlər, rəqslər, Uşaq Yaradıcılıq İnkişaf Mərkəzinin şagirdlərinin ifası və Şuşa şəhər 8 nömrəli orta məktəbin şagirdlərinin hazırladığı “Bayraq” haqqında ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən ruh yüksəkliyi ilə qarşılandı.