Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayon İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyasının yaranmasının 26-cı idönümü qeyd edilmişdir

21 noyabr 2018 | 16:00

 

2018-ci il noyabr ayının 21-də Şuşa rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Şuşa rayon təşkilatının birgə təşkilatçılığı ilə Partiyanın yaranmasının 26-cı ildönümü qeyd edilmişdir.

Tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikas Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov, Aparatın məsul əməkdaşları, rayonun icra strukturlarının, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin rəhbərləri, YAP fəalları, gənclər iştirak edirdi.

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyevin “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahındakı büstünün önünə gül dəstələri düzdülər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı.

Yeni Azərbaycan Partiyasının yaranmasına həsr olunmuş videoçarx tədbir iştirakçıları tərəfindən maraqla izləndi.

YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev çıxış edərək partiyanın 26 il keçdiyi əzmkar yolundan, siyasi meydana çıxmasının mövcud ictimai-siyasi şəraitdən asılı olmasından danışaraq, rayon təşkilatının fəaliyyəti haqqında geniş məlumat verdi. Yeni Azərbaycan Partiyasının Şuşa rayon təşkilatı rayon üzrə keçirilən bütün ictimai-siyasi tədbirlərdə yaxından iştirak edir. YAP Şuşa rayon təşkilatının Qadınlar Şurası və Gənclər Təşkilatı fəaliyyət göstərir. YAP Şuşa rayon təşkilatının üzvlərinin sayı 2300 nəfərdir. Onlardan 1024 nəfəri gənclər, 1508 nəfəri isə qadınlardır. Ərazi İlk təşkilatlarının sayı 38-dir.

Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri-icma rəhbəri Bayram Səfərov öz çıxışında ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə həyat və fəaliyyətini Azərbaycan Respublikasının inkişafına, dünya dövlətləri arasında layiqli yer tutmasına həsr etməsindən, millətin gələcəyinə, təhsilin, səhiyyənin, iqtisadiyyatın, mədəniyyətin hərtərəfli inkişafına həmişə qayğı ilə yanaşmasından, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı uğurlu daxili və xarici siyasətindən, öz sıralarında yüz minlərlə üzvü birləşdirən YAP-ın əsl ümumxalq partiyasına çevrilməsindən bəhs etdi. Bayram Səfərov Möhtərəm Prezidentimiz İlham Əliyevin ulu öndərin siyasi kursunu uğurla davam etdirməsini, bu gün ölkəmizin sosial-iqtisadi qüdrətinin günü-gündən artmasını, beynəlxalq tədbirlərə ev sahibliyi etməsini diqqətə çatdırdı.

Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Şuşa rayon Təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Fətəliyeva, 24 nömrəli ərazi ilk təşkilatının sədri Ramiq Məhərrəmov, 20 nömrəli ərazi ilk təşkilatının sədri Könül Hüseynova, 2 nömrəli ərazi ilk təşkilatının sədri Hidayət Səmədov öz çıxışlarında ölkədə hakim partiyaya çevrilən YAP-ın bu statusu qazandığı ilk gündən proqramında qarşıya qoyduğu vəzifələrin icrasına, ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirməsini qeyd etdilər.

Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunmuş bir qrup gəncə partiyanın vəsiqələri təqdim edildi.

Tədbir “Sabaha İlhamla” klipi ilə yekunlaşdı.

 

 

 

 

 

 

Keçidlər