“Biz sizinlə fəxr edirik , Azərbaycan əsgəri”
30 noyabr 2018- ci il tarixində Şuşa şəhər 3№li tam orta məktəbdə 2-5 aprel döyüşləri zamanı qəhrəmancasına döyüşən və bu yolda bir gözünü və ayağını itirmiş gənc baş leytenant Kamil Musavi ilə görüş keçirildi.
Tədbirdə Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Şuşa rayon Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev, şöbənin əməkdaşları, Şuşa Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrundə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Elə şəxsiyyətlər var ki,onların keçdiyi ömür yolu ,həyat tərzi haqqında dəfələrlə yazılsa belə azdır. Çünki onlar bütün varlığı ilə vətəninə , millətinə bağlı olublar.İnsan öz ömrünün tarixini əməlləri ilə yazır .Belə vətənpərvər insanlardan biri “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi yubiley medalı” , “ Vətən naminə medalı” və “ General Həzi Aslanov “ medalları ilə təltif olunan Kamil İbadət oğlu Musavidir.
Kamil Musavi 6 iyul 1990-cı il tarixində Qazax şəhərində anadan olub. 8 avqust 2008-ci il tarixində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2012-ci ildə leytenant hərbi rütbəsi alaraq bitirmişdir. 2015-ci ilin oktyabr ayında Naftalan, Talış kəndi istiqamətində gedən döyüşlərdə kəşfiyyat qrup komandiri vəzifəsində döyüş tapşırığını yerinə yetirərkən düşmənin naməlum minasının partlaması nəticəsində ayağını və gözünü itirmişdir. Ancaq gənc baş leytenantın bu hadisədən sonra həyat eşqi sönməyib.
Tədbirdə məktəbin şagirdləri qəhrəmanlarımızın ruh dünyası ilə səsləşən mahnılar və şeirlər söylədilər.
Şagirdlər Kamil Musaviyə suallar ünvanladı. Onun verdiyi cavablar şagirdlərdə vətənpərlik hissini daha da gücləndirdi.
Tədbirin sonunda Vüsalə xanım Fətəliyeva ,Təvəkkül Əliyev Ramiq Məhərrəmov, məktəbin direktoru Elmira Əliyeva öz çıxışlarında xalqımızın belə igid oğulları ilə fəxr etdiklərini bildirdilər və qeyd etdilər ki, Kamil Musavinin döyüş yolu bugünkü gənclərimiz üçün bir örnəkdir.