Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşkilatçılığı ilə keçirilən sərgidə Şuşa rayonunun nümayəndələri də iştirak etmişlər
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşkilatçılığı ilə 22 dekabr 2018-ci il tarixində Heydər Əliyev Mərkəzində sərgiyə baxış keçirilib. Ətraf mühitin qorunması, milli adət və ənənələrimizin təbliği məqsədilə keçirilən sərgidə Azərbaycanın işğal olunmuş rayonlarından olan, qaçqın və məcburi köçkün qadınlar, ictimaiyyət arasında fəallıqları ilə seçilən qadınlar və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Ümummilli Lider Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən sərgiyə, "Hiperrealistik heykəltəraşlıq. Canlıdan seçilmir” (Hyperrealistic Sculpture. Almost Alive), "Live life" adlı sərgilərə baxış keçirilib.
Keçirilən sərgidə Şuşa rayonunun nümayəndələri də iştirak etmişlər.