Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il

25 dekabr 2018 | 16:00

Dekabrın 25-də Şuşa rayon İcra Hakimiyyətinin və rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə «Ramana-450» qəsəbəsində “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni il münasibəti ilə bayram tədbiri keçirilmişdir.

Tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şagird kollektivi və digər qonaqlar iştirak etmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tədbirdə çıxış edərək bütün şuşalıları qarşıdan gələn 2019 - cu il və dünya azərbaycanlılarının həmrəyliyi münasibəti ilə təbrik etmiş, onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulamışdır. Ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət nəticəsində ölkəmizin sürətlə inkişaf etməsindən danışan cənab Başçı yaxın gələcəkdə öz doğma Qarabağımızda yeni il şənliklərini keçirəcəyimizə inamını vurğuladı. O, müstəqil dövlətimizin yaranmasında və inkişafında, azərbaycançılıq ideologiyasının formalaşmasında, dünya azərbaycanlılarının həmrəyliyində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs etmişdir. B.Səfərov Dünya Azərbaycanlılarının Həmrəylik Gününün bayram kimi geniş qeyd olunmasında dahi rəhbər Heydər Əliyevin tarixi rolunu xatırlatmış, bu bayramın keçirilməsinin əhəmiyyətini diqqətə çatdırmışdır.Ulu öndər Heydər Əliyev ideyalarının əbədiyaşar olduğunu vurğulayan ümummilli liderin milli birliyə, həmrəyliyə daim böyük önəm verdiyini bildirmiş, müdrik rəhbərin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləmişdir.

Digər çıxış edənlər də 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xoş arzularını söyləmişlər.

Bədii hissədə Şuşa rayon Mədəniyyət Mərkəzinin 9Rəhbəri Yaşar İbrahimov) və Uşaq-Gənclər İnkişaf Mərkəzinin (rəhbəri Cəmilə Vəliyeva) üzvlərinin hazırladıqları konsert proqramı maraqla qarşılandı.

Keçidlər