Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayon 6 nömrəli tam orta məktəbdə riyaziyyat və informatika fənləri üzrə bilik yarışması keçirilmişdir

01 mart 2019 | 16:00

 

2019-cu il fevral ayının 28-də Şuşa rayon 6 nömrəli tam orta məktəbdə riyaziyyat və informatika fənləri üzrə bilik yarışması keçirildi. Tədbirdə Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva və ŞRTŞ-nin aparıcı məsləhətçisi Ceyhun Məmiyev iştirak edirdilər.

Yarışmada Şuşanın qədim məhəllələrinin adını daşıyan, V-VIII sinif şagirdlərindən ibarət 4 komanda (Mamayı, Köçərli, Ağadədəli və Çöl qala) iştirak edirdi.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Naimə Əliyeva açdı, şagirdlərə uğurlar arzuladı.

Komandalar 4 bölmə üzrə (riyaziyyat, riyaziyyatçı, məntiq və informatika) elmi və əyləncəli sualları cavablandırmaq uğrunda mübarizə apardılar. Ballar hesablanana qədər VI sinif şagirdi Ayan Məmmədlinin ifasında “Əsgər marşı” səsləndi. Münsiflər heyətinin qərarı ilə “Mamayı” komandası 22 balla qalib gəldi. Qalib komandanın üzvləri və xüsusi fərqlənən şagirdlər Fəxri Fərmanla təltif edildi.

Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva şagirdlərin məntiqi təfəkkürünün inkişafında bu istiqamətdə yarışmaların xüsusi əhəmiyyətindən danışaraq, məktəb rəhbərliyinə, tədbirin təşkil olunmasında xüsusi rolu olan informatika müəllimi Nicat Quliyevə təşəkkür edərək bu cür yarışmaların rayon səviyyəsində də keçirilməsi üçün öz maraqlı və dəyərli tövsiyələrini verdi.

 

 

 

 

 

Keçidlər