Şuşa rayonu Malıbəyli kənd Musiqi məktəbində “Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərin rolu” adlı tədbir keçirilib
Şuşa rayonu Malıbəyli kənd Musiqi məktəbində “Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərin rolu” adlı tədbir keçirilib
2019-cu il mart ayının 4-də Şuşa rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şöbəsinin birgə təşkilatçılığı ilə Sabunçu rayonu, “Ramana-450” qəsəbəsində yerləşən Şuşa rayonu Malıbəyli kənd Musiqi məktəbində “Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərin rolu” adlı tədbir keçirilib.
Tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Gülbəniz Babayeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Aslan Sultanov və Orxan Məmmədli, Şuşa rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Bayramov, Şuşa rayonunun Axundu Mirabdullah Həsənli, Şuşa rayon Malıbəyli kənd orta və Musiqi məktəbinin, Xankəndi şəhər 4 nömrəli tam orta məktəbinin X-XI sinif şagirdləri, həmin məktəblərin “Həyat bilgisi” fənnini tədris edən müəllimləri, psixoloqları, Uşaq birlik təşkilatlarının rəhbərləri, həmin ərazidə məskunlaşan rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Şuşa rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Gülbəniz Babayeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə milli-mənəvi dəyərlərin və tolerantlıq mühitinin qorunub saxlanması istiqamətində Ümummilli lider Heydər Əliyevin ardıcıl və məqsədyönlü siyasətini uğurla davam etdirməsindən danışmışdır. G.Babayeva Azərbaycanın tarix boyu digər xalqlara və millətlərə hörmətlə yanaşan, müxtəlif milli-mənəvi dəyərlərin rahat bir şəkildə yaşandığı bir ölkə olduğunu, gənclər arasında islamın təbliğinin əhəmiyyətinə
toxunaraq hər bir gəncin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda yetişməsinin vacibliyini vurğuladı, tolerantlıq və qarşılıqlı hörmətin xalqımızın həyat tərzinə çevrildiyini, ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətini qeyd etdi.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı, Sabunçu rayonu üzrə kuratoru Aslan Sultanov dini radikalizm, dini ekstremizm və onun fəsadları haqqında ətraflı məlumat verdi və dini radikalizmlə mübarizədə, milli-mənəvi dəyərlərin təbliğində əvəzsiz vasitə kimi islamın rolundan danışdı. Dini radikaizmlə mübarizədə maarifləndirmə işinin təşkilinə xüsusi önəm verilməsinin vacibliyini vurğulayan A.Sultanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Fitnə” və “Şəhadət” filminin gənclərin maarifləndirilməsi, xalqımızın igid oğullarının örnək həyatının nümunə olması, milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi, ölkəmizdə radikalizmlə mübarizədə təbliğat vasitəsi kimi böyük təsir gücündən danışdı.
Tədbirdə çıxış edən Gənclər və İdman idarəsinin rəisi Nadir Bayramov, Şuşa rayonunun Axundu Mirabdullah Həsənli, Şuşa rayonu Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin direktoru Günəş Hüseynova Azərbaycanda dini radikalizmi yaradan səbəblər, onunla mübarizənin üsulları, bu cür maarifləndirici tədbirlərin yeniyetmə və gənclərin həyatında mühüm əhəmiyyət daşıdığını bir daha qeyd ediblər.