“Novruz bayramı”na həsr edilmiş rayon tədbiri keçirilmişdir
“Novruz bayramı”na həsr edilmiş rayon tədbiri keçirilmişdir
18 mart 2019-cu il tarixində Bakı şəhəri, Sabunçu rayonu, “Ramana-450” qəsəbəsində Şuşa rayon İcra Hakimiyyətinin və rayonun mədəniyyət müəssisələrinin təşkilatçılığı ilə “Novruz bayramı”na həsr edilmiş rayon tədbiri keçirilmişdir.
Tədbirdə Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva bayram münasibətilə rayon sakinlərini təbrik etmiş, onlara bol ruzi-bərəkət və əmin-amanlıq arzulamış, bildirmişdir ki, Novruz bayramı birlik, qardaşlıq bayramı, xalq şənliyidir. Qədim dövrlərdən bəri xalqımız Novruzu bolluq, bərəkət və firavanlığın rəmzi hesab etmişlər. V.Fətəliyeva milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Prezident cənab İlham Əliyev tərəfindən aparılan məqsədyönlü dövlət siyasətindən danışmış, Azərbaycanın Birinci vitse - prezidenti Mehriban xanım Əliyevanın bu sahədəki xidmətlərini xüsusi qeyd etmişdir.
Tədbir Şuşa rayon Mədəniyyət Mərkəzinin, musiqi məktəblərinin kollektivlərinin, Şuşa Humanitar Kollecinin tələbələrinin konsert proqramı ilə davam etmişdir.