“Ölkəmizi tanıyaq” layihəsi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində maarifləndirici turda iştirak etmək üçün Şuşa rayon orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan 20 nəfər məktəbli 23 mart 2019-cu il tarixində saat 9:30 -da Şuşa Rayon İcra Hakimiyyətinin binasıdan Rayon İcra Hakimiyyətinin məsul işçiləri,müəllimlər və valideyinlər tərəfindən Quba - Qusar - Xaçmaz rayonlarına yola salınmışdır. Tur zamanı şagirdlər bölgənin tarixi abidələri, istehsal müəssisələri ilə tanış olacaq, rayonların sosial, mədəni həyatı barədə əyani şəkildə məlumatlandırılacaqlar. Aksiyanın əsas məqsədi gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsinə xidmət etməkdir.