Şuşa Rayon Təhsil işçilərinin konfransı.
9 sentyabr 2014 - cü il tarixində Şuşa Rayon Təhsil işçilərinin konfransı keçirilmişdir.
Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Sonra 2013- 2014 - cü dərs ilinin yekunları, qarşıda duran vəzifələr mövzusunda video çarx nümayiş etdirilmiş və hesabat məruzəsi dinlənilmişdir.
Məruzə ətrafında Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin direktor müavini Hafiz Quliyev, şəhər 2 nömrəli tam orta məktəbdən valideyn Ülviyyə Zeynalova, XI –ci sinfi qızıl medalla bitirmiş və ali məktəbə qəbul zamanı ən yüksək nəticə göstərmiş (649bal) Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin məzunu Pərviz Nəsibov, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini, Vüsalə Fətəliyeva, Təhsil Nazirliyinin əməkdaşı Gülarə Xudiyeva çıxış etmişlər.
Sonra söz Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri cənab Bayram Səfərova verilmişdir. Cənab Bayram Səfərov öz çıxışında təhsilimizin yüksək inkişafından, son illər əldə etdiyimiz nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışmış, bütün təhsil işçilərinə yeni dərs ilində müvəffəqiyyətlər arzu etmişdir.
Konfransın yekununda müzakirə olunan məsələlər ətrafında qətnamə qəbul edilmişdir.
Sonra dərs ili ərzində fərqlənmiş bir qrup müəllimlərə, ali məktəblərə daxil olmuş məzunlara Şuşa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və mükafatları təqdim olunmuşdur.
Tədbirin sonunda konfrans iştirakçıları adından möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına müraciət qəbul edilmişdir.
Yaradıcı məktəblilərin əl işlərindən ibarət təşkil olunmuş sərgiyə baxış keçirilmişdir.