Şriftin ölçüsü :

Saytın rəngi :

“Güclü lider - güclü Azərbaycan - Son 1 ilin uğurları” mövzusunda rayon tədbiri keçirilib.

10 aprel 2019 | 16:00

Şuşa rayon İcra Hakimiyyyətində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial- iqtisadi, siyasi islahatlara həsr olunmuş

“Güclü lider - güclü Azərbaycan - Son 1 ilin uğurları” mövzusunda rayon tədbiri keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatının Şuşa rayon İcra Hakimiyyəti (RİH) ilə birgə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial, iqtisadi, siyasi islahatlara həsr olunmuş “Güclü lider-güclü Azərbaycan-Son 1 ilin uğurları” mövzusunda geniş rayon tədbiri keçirilib. Tədbirdə YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, Şuşa RİH Başçısının müavinləri Əkbər Hacıyev, Vüsalə Fətəliyeva və rayonun ictimai-siyasi fəalları iştirak ediblər.

Tədbirdən öncə 2016-cı ilin aprel ayında Ermənistan-Azərbaycan təmas xəttində baş vermiş döyüşlərdə torpaqlarımızın bütövlüyü uğrunda həyatlarını itirmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbir cənab İlham Əliyevin 1 illik fəaliyyətinə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev cənab İlham Əliyevin Prezidentlik dövrünün ilk 1 ili ərzində Azərbaycan öz dinamik inkişafını təmin etdiyini və ölkəmizin əmin-amanlıq , sabitlik, təhlükəsizlik şəraitində yaşadığını bildirib. Təvəkkül Əliyev çıxışında eyni zamanda Azərbaycan əleyhinə çirkin və əsassız qara kampaniya aparan bir qrup şəxsləri, müxalifət nümayəndələrini kəskin tənqid etib. Dövlətimizin çiçəklənməsini və inkişafını gözü götürməyən qüvvələrə qarşı hər zaman xalqımızın layiqli cavab verdiyini söyləyib. T.Əliyev Cənab İlham Əliyevin prezidentlik dövrünün ilk 1 ilini yüksək səciyyələndirərək dövlətimizin hərtərəfli inkişafı və xalqın sosial rifahının daha da gücləndirilməsi istiqamətində görülən işləri məqsədyönlü dövlət siyasətinin mühüm tərkib hissəsi adlandırıb. Həyata keçirilən dövlət proqramlarından, bölgələrdə və Bakı şəhərində böyük infrastruktur layihələrinin uğurla icra olunmasından, minimum əmək haqqının 38 faiz artaraq 130 manatdan 180 manata, minimum pensiyaların isə 38 faiz arataraq 116 manatdan 160 manata çatdığını, 7000-ə yaxın köçkün ailəsinin yeni mənzillə təmin edildiyini vurğulayıb.

Digər çıxış edənlər - Şuşa RİH Başçısının müavinləri Əkbər Hacıyev, Vüsalə Fətəliyeva, Şuşa Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov Prezident İlham Əliyevin birillik fəaliyyətinə toxunaraq qeyd ediblər ki, son bir ildə görülən işlər, həyata keçirilən beynəlxalq miqyaslı layihələr əslində, bir neçə ilin uğurlu işlərini özündə birləşdirir və analoqu olmayan bu siyasət məhz ölkə başçısı tərəfindən reallaşdırılır.

Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

 

 

 

Keçidlər