Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatının Gənclər Birliyinin V konfransı keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatının Gənclər Birliyinin V konfransı keçirilib.
Tədbir öz işinə başlamazdan əvvəl konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər.
Konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Şuşa rayon təşkilatının Gənclər Birliyinin fəaliyyətinə həsr olunmuş foto-slayd təqdim olunub.
Konfransı giriş sözü ilə açan Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirib ki, bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında çox düşünülmüş və məqsədyönlü gənclər siyasəti aparılır. Bu siyasətin təməlində Azərbaycan Xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin tövsiyələri dayanır. Görülən işlərin nəticəsidir ki, bu gün gənclərimizin səsi mötəbər kürsülərdən gəlir, bütövlükdə cəmiyyətimizdə aparıcı rol oynayırlar. Daha sonra natiq qeyd edib ki, gənclərin fəallığı, onların intellekti respublikamızı daha da gücləndirir.
YAP Şuşa rayon təşkilatı Gənclər Birliyinin sədri Yapon Hacıyev hesabat məruzəsi ilə çıxış edərək, Ulu Öndər Heydər Əliyevin gənclər siyasətindən, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, vətənpərvərlik nümunəsi göstərən Azərbaycan gəncliyindən söz açaraq əldə olunmuş nailiyyətlərin ölkə siyasətində gənclərə önəmli yer ayrılması ilə əlaqələndirmişdir.
Konfransda çıxış edənlər - YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, Qadınlar Şurasının sədri Vüsalə Fətəliyeva, Şuşa Humanitar Kollec üzrə 20 nömrəli ərazi ilk partiya təşkilatının sədri Könül Hüseynova və başqaları ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən gənclər siyasətindən danışmışlar.
Sonra YAP Şuşa rayon təşkilatının Gənclər Birliyinin şurasına 9, İdarə Heyətinə isə 5 nəfərdən ibarət üzv seçilib. Rayon təşkilatının Gənclər Birliyinin sədri Ülvi Heydərov, müavinləri isə Əmirxan Qarayev və Elmir Rzayev seçiliblər.
Daha sonra Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının Gənclər Birliyinin V konfransının nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti Yeni Azərbaycan Partiyasının sədri Zati-Aliləri cənab İlham Əliyevə müraciəti qəbul olunub.
Konfransın sonunda YAP sıralarına qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqəsi təqdim olunub.