Şuşa MRX-nın poliklinikasında əhalinin tibbi müayinəsinin keçirilməsi haqqında məlumat
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tapşırığına əsasən hər il olduğu kimi bu il də 2019 - cu ilin fevralın 12- dən may ayının 15- dək Şuşa rayonunun tibb müəssisələrində əhalinin geniş tibbi müayinəsi keçirilir. Müayinə zamanı terapevt, pediatr, nevropatoloq, endokrinoloq, dəri-zöhrəvi, ginekoloq, otolorinqoloq, oftalmoloq, stomatoloq, laboratoriya və USM, EKQ həkimləri, o cümlədən tibb bacıları fəal iştirak edirlər.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Azərbaycan Respublikası Əhalisinin tibbi müayinədən keçirilməsi barədə” 05.02.2019 tarixli 16-S №li Sərəncamının icrası zamanı 9200 nəfər Şuşa MRX- nın tibb heyyəti tərəfindən müayinə edilmişdir, ilkin aşkar edilmiş xəstələr müalicəyə cəlb olunmuş, stasionar müalicəsinə ehtiyacı olanlar pulsuz müayinə və müalicə üçün Bakı şəhərində yerləşən ixtisaslaşdırılmış dövlət tibb müəssisələrinə göndərilmişdir.
Poliklinikada müayinələr qrafik üzrə yekunlaşdıqdan sonra, 8 nəfər müxtəlif ixtisaslı həkimlərdən təşkil edilmiş iki səyyari briqada, tibb müəssisələrinə gəlmək imkanı olmayan əlil, şəhid alilələri və yaşlı əhaliyə evlərdə USM, EKQ və laborator diaqnostik tədbirlər daxil olmaqla müəssisədən kənar müayinələr aparılmışdır.
Şuşa Mərkəzi Rayon Xəstəxanasının poliklinikasının, Malıbəyli KHM-nin , Quşçular KHM-nin tibb heyyəti tərəfindən hazırkı günə qədər 3373 nəfər ambulator müalicəyə cəlb olunmuş, 106 nəfər Bakı şəhərində stasionar və ixtisaslaşdırılmış Dövlət Tibb müəssisələrinə müalicə və müayinə üçün göndərilmişdir.
Şuşa Mərkəzi Rayon Xəstəxanasının poliklinikasının həkim briqadası səyyari olaraq Bərdə rayonunda , Şirvanlı kəndində , Mirzələr Qış yatağında məskunlaşmış həmyerlilərimizi tibbi müayinədən keçirmiş və ehtiyacı olanlara pulsuz dərmanlar və sarğı materialları paylanmışdır. Həmçinin 18,19 və 21 saylı məktəblərdə həm məktəb şagirdləri,həm də işçi kollektivi həkim briqadası tərəfindən tibbi müayinədən keçmişdir. Aşkar olunmuş xəstələrdən 15 nəfəri Bakı şəhərində yerləşən ixtisaslaşdırılmış tibb müəssisələrinə müalicə və müayinə üçün göndərilmişdir.
Hazırda dispanzerizasiya davam edir.