Şriftin ölçüsü :

Saytın rəngi :

“Düzgün peşə seçimi müvəffəqiyyətə aparan yolun başlanğıcıdır”

03 may 2019 | 16:00

 

Peşəseçimi insan həyatının ən vacib məqamlarından biridir.Bu məqsədlə gənclər,xüsusən də orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında mütəmadi olaraq peşəyönümü tədbirləri təşkil edilir.Onların peşə meylləri öyrənilir,gələcəkdə əmək bazarına fəal inteqrasiya olmaları üçün onlara məsləhətlər verilir.

Bu baxımdan Şuşa rayon Məşğulluq Mərkəzi məktəblərdə peşəyönümü işinin düzgün təşkil olunması, şagirdlərin gələcəkdə peşə və ixtisaslara düzgün istiqamətləndirilməsi məqsədilə “Düzgün peşə seçimi müvəffəqiyyətə aparan yolun başlanğıcıdır” mövzusunda növbəti tədbirini 01 may 2019-cu il tarixdə Şuşa rayon 3 nömrəli tam orta məktəbdə təşkil etmişdir.

Tədbirdə Şuşa rayon Məşğulluq Mərkəzinin direktoru Vəsilə Xəlilova, mərkəzin baş məsləhətçisi Elçin Qasımov, məktəbin direktoru Elmira Əliyeva, məktəb psixoloqu, müəllimlər,8-10-cu sinif şagirdləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Elmira Əliyeva açmışdır.

Mövzu ilə bağlı mərkəzin direktoru Vəsilə Xəlilova məlumat vermiş,mövzunun aktuallığını nəzərə çatdırmışdır.O,əmək bazarına daxil olmağa hazırlaşan gənclərin peşə və ixtisaslar üzrə düzgün istiqamətləndirilməsinin əhəmiyyətini vurğulamışdır.Əmək bazarının tənzimlənməsində,peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatın dolğun şəkildə ödənilməsində gənclərin düzgün peşə və ixtisas seçiminin vacib amillərdən olduğunu,peşəyönümü tədbirlərinin də bu məqsədə yönəldiyini qeyd etmişdir.

Mövzu şagirdlərin böyük marağına səbəb olmuş, yuxarı sinif şagirdlə- rinin meyl və maraqları, gələcək seçimləri barədə fikirləri dinlənilmiş,onlarla peşə seçimi ilə bağlı geniş və maraqlı diskussiyalar aparılmışdır. Xüsusilə Nurcan Qaraşovanın,Cavanşir Bəndiyevin,Rəhimə Hacıyevanın gələcək seçimləri barədə mülahizələri auditoriya tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Tədbirin sonunda şagirdlərə peşəyönümünə dair məlumat kitabçaları, müxtəlif bukletlər paylanılmışdır.

 

 

 

 

 

Keçidlər