Şriftin ölçüsü :

Saytın rəngi :

Mərkəzi Klinikanın Mama-ginekologiya şöbəsi Şuşa rayonuna məxsus Mirzələr qış yatağında məskunlaşmış məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə keçirib

13 may 2019 | 16:00

Mərkəzi Klinikanın Mama-ginekologiya şöbəsi Şuşa rayonuna məxsus Mirzələr qış yatağında məskunlaşmış məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə keçirib

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən11 fevral tarixindən 12 may tarixinə kimi respublika əhalisinin icbari tibbi müayinəsi keçirilmişdir.

Şuşa rayon icra Hakimiyyətinin təşəbbüsü ilə Mərkəzi Klinikanın Mama-ginekologiya şöbəsinin müdiri, Əməkdar həkim Mahirə İsmayılovanın rəhbərliyi altında tibbi heyət mayın 11-də Şuşa rayonuna məxsus Mirzələr qış yatağında məskunlaşmış məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə keçirib.

Tibb elmləri namizədi Mahirə İsmayılova bildirib ki, Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində öz yurdundan didərgin düşən qaçqın və məcburi köçkün həmvətənlərimizin sağlamlığının qorunması və keyfiyyətli tibbi xidmətlə təmin edilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindəndir. Bu kateqoriyadan olan vətəndaşlar üçün layiqli həyat şəraitinin yaradılmasına Birinci vitse-prezident Mehriban Əliyeva da diqqət və həssaslıqla yanaşır. Dövlətimizin bu istiqamətdəki siyasətinə dəstək məqsədilə Mərkəzi Klinika Şuşa rayon İcra Hakimiyyəti və Şuşa Mərkəzi Rayon Xəstəxanası ilə birlikdə “Qarabağa sağlam nəsillə qayıdaq” layihəsinə başlamışdır.

“Azərbaycan ərazilərinin 20 faizi Ermənistan silahlı birləşmələrinin işğalı altında olsa da, hər bir azərbaycanlı əmindir ki, biz Qarabağımıza qayıdacaq, quruculuq işləri aparacağıq. Bunun üçün bizə sağlam nəsil lazımdır. Sağlam nəsil isə sağlam qadından başlayır. Bu fikri rəhbər tutaraq biz “Qarabağa sağlam nəsillə qayıdaq” devizi ilə layihəyə start verdik. Layihəyə birinci olaraq təmas xəttində yerləşən Şuşa rayonuna məxsus Mirzələr qış yatağında məskunlaşan məcburi köçkünləri cəlb etdik”, - deyə M.İsmayılova bildirib.

Xeyriyyə aksiyası zamanı Şuşa rayonundan olan məcburi köçkün qadınlar ginekoloji müayinədən keçirildi, ilkin diaqnozlar qoyularaq müalicələr təyin edildi. Sonra qadınlara maarifləndirici materiallar və hədiyyələr paylanıldı. Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva Mərkəzi Klinikanın Mama-ginekologiya şöbəsinin müdiri, Əməkdar həkim, tibb elmləri namizədi Mahirə İsmayılovaya qadınlar adından təşəkkür və minnətdarlığını bildirdi.

 

 

 

 

Keçidlər