Şuşa rayon məktəblərində “Bilik Günü” qeyd edilmişdir.
Şuşa rayon məktəblərində “Bilik Günü” qeyd edilmişdir
Bütün ölkə ərazisində olduğu kimi Şuşa rayon məktəblərində də “Bilik Günü” geniş qeyd edilmişdir. Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Rayon Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev, Slavyan universitetinin professoru Asif Quliyev 15 sentyabr 2014 –cü il tarixdə Xankəndi 4 saylı, Malıbəyli kənd məktəbi, 12 saylı Şuşa şəhər məktəblilərində “Billik Günü” ilə bağlı təşkil olunmuş tədbirlərdə iştirak etmişlər. Tədbirlərdə çıxış edən rayonun məsul işçiləri şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışlar, ölkəmizdə təhsilin inkişafından, müasir tələblər səviyyəsində və yüksək standartlara cavab verən yeni təhsil müəssisələrinin inşasından, uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışmışlar. Tədbirlərdə iştirak edən müəllimlər və valideynlər ölkə rəhbərliyinin təhsilə, təhsil işçilərinə və şagirdlərə göstərdiyi qayğıdan çox razı qaldıqlarını ifadə etmişlər.
Onu da qeyd etmək lazımdır ki, bu il Şuşa məktəblərində 3000 nəfər şagird təhsil alacaq. Onlardan 479 nəfəri birinci sinifə gedəcəkdir. Təhsil Nazirliyi tərəfindən Şuşa Rayon Təhsil şöbəsinə verilmiş 24 nəfər vakant müəllim yerinə 12 nəfər müəllim qeydiyyata alınmışdır.