Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib

01 iyun 2019 | 16:00

 

1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək barədə qərar qəbul olunub. «Uşaqların Beynəlxalq Müdafiəsi Günü» dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd edilir.

2019-cu il iyun ayının 1-də Şuşa rayon İcra Hakimiyyətinin, Şuşa rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin, Şuşa şəhər 1 nömrəli tam orta məktəbinin və Qaladərəsi kənd Uşaq Musiqi məktəbinin birgə təşkilatçılığı ilə «Uşaqların Beynəlxalq Müdafiəsi Günü»nə həsr edilmiş tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva açaraq, Azərbaycanda uşaqların sosial və hüquqi müdafiə olunması, onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlərin görülməsindən danışmışdır. V. Fətəliyeva uşaq hüquqlarının müdafiəsi ilə bağlı 1998-ci il mayın 19-da qəbul edilmiş “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunundan, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasətindən, Dövlət başçısı cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlardan, Heydər Əliyev Fondunun gördüyü işləri də tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.

Şuşa şəhər 1 nömrəli tam orta məktəbinin rəhbəri Gülnar Qurbanova, Qaladərəsi kənd Uşaq musiqi məktəbinin direktoru Mirzağa Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli Sərəncamı ilə 2009-cu ilin "Uşaq ili” elan edilməsindən, Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısından söhbət açmışdır.

Şuşa şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin iştirakı ilə “Ramana-450” qəsəbəsində, Şuşa şəhər 3, 6 və 12 nömrəli tam orta məktəblərində «1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü» ilə bağlı tədbir keçirilmişdir. Şuşa rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Cəmilə Vəliyeva qaçqın və məcburi köçkün, imkansız, aztəminatlı ailələrdən olan uşaqlara dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı ilə yanaşılmasından danışmışdır.

Gələcəyimiz olan uşaqların asudə vaxtlarının səmərəli və maraqlı təşkil olunması, sağlam böyüməsi, onların təhsili və hüquqlarının qorunması istiqamətində aparılan işlər hər zaman Şuşa rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur.

«1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü» münasibəti ilə Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun adından uşaqlara hədiyyələr paylanmışdır.

Şuşa rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin, Şuşa şəhər 1 nömrəli tam orta məktəbinin və Qaladərəsi kənd Uşaq musiqi məktəbi şagirdlərinin təqdim etdikləri seirlər, mahnılar, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər