Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənclərin peşəyönümünün düzgün təşkili”

03 iyun 2019 | 16:00

 

Gənc nəslin təlim-tərbiyəsi,həyata hazırlanması,onlara təcrübə və milli adət-ənənələrə müvafiq müəyyən sənət və peşələrin öyrədilməsi mühüm,həyati əhəmiyyətli məsələdir.Peşəyönümü probleminin düzgün həlli gənc nəslin gələcək taleyində mühüm rol oynayır.Eləcə də bu problemin həlli cəmiyyətin gələcək məşğulluq problemləri ilə də sıx bağlıdır.Odur ki,Şuşa rayon Məşğulluq Mərkəzi tərəfindən mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində silsilə tədbirlər təşkil edilir.Bu baxımdan növbəti peşəyönümü tədbiri Xankəndi şəhər 4 nömrəli tam orta məktəbdə və Şuşa rayon 5 nömrəli tam orta məktəbdə təşkil edilmişdir.

Tədbirdə Dövlət Məşğulluq Xidməti tərəfindən təhkim edilmiş peşəyönümü üzrə təlimçi Tünzalə Hacıyeva, Şuşa rayon Məşğulluq Mərkəzinin direktoru Vəsilə Xəlilova, mərkəzin baş məsləhətçisi Elçin Qasımov, hər iki məktəbin rəhbərliyi, məktəb psixoloqları, müəllimlər, 8-10-cu sinif şagirdləri iştirak etmişlər.

Mövzu ilə bağlı mərkəzin direktoru Vəsilə Xəlilova məlumat vermiş, mövzunun aktuallığını nəzərə çatdırmışdır.O,əmək bazarına daxil olmağa hazırlaşan gənclərin peşə və ixtisaslar üzrə düzgün istiqamətləndirilməsinin əhəmiyyətini vurğulamışdır.

Təlimçi Tünzalə Hacıyeva peşəkarlıqla mövzunun şagirdlər tərəfindən yüksək səviyyədə mənimsənilməsinə nail olmuşdur.Təqdim olunan slaydlar, videorolik onların böyük marağına səbəb olmuşdur. Yuxarı sinif şagirdlərinin meyl və maraqları, gələcək seçimləri barədə fikirləri dinlənilmiş,onlarla peşə seçimi ilə bağlı geniş və maraqlı diskussiyalar aparılmışdır.

Tədbirin sonunda şagirdlərə peşəyönümünə dair məlumat kitabçaları, müxtəlif bukletlər paylanılmışdır.

 

 

 

 

 

 

 

 

Keçidlər