Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayon ictimaiyyəti “15 iyun- Milli Qurtuluş Günü”nü qeyd etmişdir

15 iyun 2019 | 16:00

 

1993-cü il iyunun 15-i müstəqil Azərbaycanın siyasi tarixinə ən parlaq səhifələrdən biri kimi yazıldı. Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin həll edildiyi ən ağır günlərdə ümummilli lider Heydər Əliyev xalqın iradəsi ilə ölkə rəhbərliyinə qayıdaraq Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi.

Ümummilli liderin ölkə rəhbərliyinə qayıdış günü ölkəmizdə ən əlamətdar bayramlardan olan “Milli Qurtuluş Günü” elan edilmişdir.

Respublikamızda geniş qeyd olunan bu bayram münasibətilə Şuşa rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şuşa rayon Mədəniyyət Mərkəzinin “Milli Qurtuluş Günü”nə həsr olunmuş geniş bayram tədbiri keçirilmişdir.

Tədbir 2019-cu ilin 14 iyun tarixində Sabunçu rayonu. Kürdəxanı qəsəbəsi məcburi köçkünlərin yeni yaşayış kompleksində keçirilmişdir.

Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Flora Qasımova, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.

Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən danışmış, ulu öndərin siyasi kursunu və yüksək amallarını layiqincə yaşadan və davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bütün sahələrində qazanılmış böyük nailiyyətlərdən bəhs etdi.

Cənab Bayram Səfərov öz çıxışında ümummilli liderin hakimiyyətə qayıdışı barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək bildirdi: “Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələr yaradıldı, Milli Ordu formalaşdırıldı, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Heydər Əliyev bütün siyasi və diplomatik vasitələrdən istifadə edərək, 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəs rejiminin imzalanmasına nail oldu. Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyini xilas etməsində idi.

Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir!”

“Milli Qurtuluş Günü”nə həsr olunmuş rəsmi hissədən sonra geniş konsert proqramı ilə bayram tədbiri davam etmişdir. Bədii hissədə Şuşa rayon Mədəniyyət Mərkəzinin birləşmiş xorunun, muğam-xalq çalğı alətləri ansamblının, “Təbəssüm” rəqs və ”Ritm” qruplarının, aşıqların və tarzənlərin birləşmiş kollektivlərinin ifaları alqışlarla qarşılanmışdır.

 

 

 

 

 

Keçidlər