Şriftin ölçüsü :

Saytın rəngi :

“AZƏRBAYCAN – YURDUM MƏNIM”

26 iyun 2019 | 16:00

Şuşa Dövlət Musiqili Dram Teatrında 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri gününə həsr olunmuş “AZƏRBAYCAN – YURDUM MƏNIM” adlı tədbir keçirmişdir

Şuşa rayon İcra Hakimiyyətinin və Şuşa Dövlət Musiqili Dram Teatrının birgə təşkilatçılığı ilə 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri gününə həsr olunmuş “AZƏRBAYCAN – YURDUM MƏNIM” adlı tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Silahlı Qüvvələrin yaranmasının tarixi barədə ətraflı məlumat verdi: “1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Həmin il mayın 28-də qəbul edilmiş "İstiqlal bəyannaməsi"ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olundu. Son illər ərzində Azərbaycan hərbi potensialını xeyli artırıb. Ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilib. Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi yaradılıb. Azərbaycanda minə yaxın adda hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur.”

Teatrın foyesində və zalda hərbi – vətənpərvərlik mahnıları səsləndirilirdi.

Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının və ansamblının ifasında səslənən mahnılar, səhnəciklər, ədəbi-bədii kampazisiyalar və “VL stodio” rəqs qrupunin şagirdlərinin məharətli rəqsi maraqla qarşılandı.

 

 

 

 

 

 

 

Keçidlər