Şuşa rayon İcra Hakimiyyətində ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə tədbir keçirilib
2019-cu ilin 12 iyul tarixində Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə Şuşa rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatı “Azərbaycan tarixinin Heydər Əliyev dövrü” mövzusunda konfrans keçirmişdir.
Konfransda Şuşa rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının sədri və üzvləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Konfrans iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin büstü önünə tər çiçəklər düzərək xatirəsini yad etmişlər.
Konfransı giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının sədri, Şuşa rayon Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub saxlanılmasında misilsiz xidmətlərindən, xalqımızın rifahı naminə həyata keçirdiyi siyasi-iqtisadi islahatlardan danışmışdır.
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
Konfransda çıxış edən Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini, İdarə Heyətinin üzvü Əkbər Hacıyev, Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Şuşa rayon təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Fətəliyeva, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov, Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon şöbəsinin sədri Sarı Bərxudarov, YAP Şuşa rayon təşkilatı Gənclər Birliyinin sədri Ülvi Heydərov, rayon Statistika idarəsinin rəisi Anar Xəlilov dövlətimizin formalaşması, inkişafı və dünyada tanınması istiqamətində Ümummilli Liderin əvəzsiz rolundan danışmış, ölkəmizin müstəqilliyi və bugünkü möhkəm təməlinin Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslandığını bildirmişlər.