Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Ağdamın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 26 il ötür

23 iyul 2019 | 16:00

 

1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan bununla kifayətlənməyərək Dağlıq Qarabağın ətraf rayonlarına da hucum etdi. Xüsusən, Ağdama olan hucumların ardı - arası kəsilmirdi. 1993-cu ilin may ayının 11-dən etibarən qızışan bu hucum əməliyyatları həmin il iyul ayının 23-də Ağdamın süqutu ilə başa catdı. Bundan sonra 1994-cu il mayın 12-dək davam edən hərbi təcavuz nəticəsində ermənilər Ağdam rayonunun 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldu.

İşğal nəticəsində ərazisi 1154 kvadrat kilometr, əhalisi 147000 nəfər olan Ağdam rayonu ermənilərin əlinə keçib. Hazırda rayonun yalnız 22,6 faizi Azərbaycanın nəzarətindədir. Ermənilər Ağdamın işğal olunan ərazilərindəki tarixi abidələri, qəbiristanlıqları, yaşayış obyektlərini, xəstəxanaları, kitabxanaları, məktəbləri, idarə və müəssisələri dağıdıblar. İşğal nəticəsində 128 min nəfər doğma ev-eşiyindən didərgin düşüb, Azərbaycan iqtisadiyyatına 3 milyard manatdan artıq ziyan dəyib. Qarabağ döyüşlərində ən çox küçə döyüşləri aparılan rayon da Ağdam olub. Ağdam uğrunda bir aydan artıq gedən döyüşlərdə Azərbaycan tərəfi 6 mindən çox şəhid verib. İşğal edilmiş Ağdam şəhəri və 87 kənd oxşarı olmayan bir vəhşiliklə darmadağın edilərək yerlə yeksan olundu.

Keçidlər