Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şamaxı rayonunda keçirilən tədbirdə Şuşa rayon ictimaiyyəti də iştirak etmişdir
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şamaxı rayonunda keçirilən tədbirdə Şuşa rayon ictimaiyyəti də iştirak etmişdir
2019-cu il 24 avqust tarixində Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şamaxı rayonunun Avaxıl kəndində məcburi köçkünlər üçün Beynəlxalq Azərbaycan Muğamı Gününə həsr olunmuş “Bir gün Qarabağda” adlı konsert keçirilib.
Mədəni - kütləvi istirahət və konsert proqramından ibarət olan tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və rayonun ziyalıları da iştirak etmişdir.
Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva tədbirdə Azərbaycan musiqi mədəniyyətindən və incəsənətindən sönbət açmış, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Qarabağ muğam məktəbinə göstərdiyi böyük qayğıdan və bununla bağlı beynəlxalq aləmdə apardığı uğurlu layihələrdən söz açmışdır.