Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Zəngilanın işğal günüdür

29 oktyabr 2019 | 16:00

 

Zəngilan rayonu 29 oktyabr 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.  Kiçik Qafqazın cənub-şərqində, Arazın sol sahilində yerləşən, qərbdə və şimal-qərbdə Ermənistan, cənubdan İran İslam Respublikası ilə həmsərhəd olan zəngilanın 710 kvadrat kilometr ərazisi işğal olundu. Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən Zəngilan mühüm strateji və coğrafi əhəmiyyətə malik idi.

İşğal dövründə Zəngilan rayonu eyni adlı şəhərdən, Micivan qəsəbəsindən və 81 kənddən ibarət olub. Rayonda 14 tibbi müəssisəsi, 11 uşaq bağçası, 62 ümumtəhsil məktəbi, 23 klub, 8 mədəniyyət evi, 3003 min tom kitab saxlanılan 50 kitabxana fəaliyyət göstərib.

Rayonun erməni hərbi birləşmələrinin hücumundan müdafiəsi zamanı 188 nəfər şəhid olub, 44 nəfər itkin düşüb.

Keçidlər