4 iyun 2026-cı il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı qəsəbəsində məskunlaşmış Şuşa rayon sakinləri ilə Şuşa Rayon İcra Hakimiyyəti başçısının səyyar görüşü keçirildi
04 iyun 2026 | 17:48
Görüş zamanı Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq arenada apardığı uğurlu siyasət, eləcə də ölkəmizin iqtisadi inkişafına hədəflənmiş, icra edilməkdə olan böyük layihələr haqqında görüş iştirakçılarına ətraflı məlumat verdi. “Böyük Qayıdış” planına əsasən əhalinin öz doğma torpaqlarına köçürülməsinin davam etdirilməsi, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə danışan RİH başçısı Bayram Səfərov vətəndaşlara göstərilən sosial xidmətlər, sosialyönümlü Dövlət Proqramları, insanların rifah halının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərin cari ildə davam etdirildiyini diqqətə çatdırdı. Səyyar görüşdə müraciət edən vətəndaşların arzu və təklifləri həssaslıqla dinlənildi, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə, icrası ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.






